"Olmazdı ki,biz hamımız bir yerdə yaşayaq?" #J.Boynesəyahət
10/10
·208 syf.··
Beğendi
·
2023 59. kitabı
·
5 günde okudu
·
Okunma: 23 Eylül 2023 10:07
John Boyne Zolaqlı Pijamalı Oğlan Deməəək... Nə deyim,necə deyim, heç bilmirəm.Bu kitabı oxuyanda Hitler və onun mənasız ideologiyasına qarşı olan nifrətim qatbəqat artdı. Bəzi Holokost haqda olan kitablardan fərqli olaraq bu kitabda hadisələrin çatdırılması Holokosta məruz qalan birinin yox,əksinə onu törədən bir komendantın oğlunun dilindən oxucuya çatdırılır. Kitabın çox duyğu yüklü olmasına baxmayaraq uşaq kategoriyasında verilməsi bir az təəccübləndiricidir.Ancaq əmin olun oxumağınıza dəyəcək bir hekayə gedişatına malikdir.Zaman zaman üzümdə gülüş qonduran,zaman zamansa kədər və nifrət qarışığı hisslər yaşadan bu kitab sizi bir uşağın gözündən hadisələrin necə cərəyan etdiyini çox gözəl şəkildə çatdıracaq. Brunonun dərin düşüncə tərzi və uşaq ruhu mənə daha çox Şirin Portağal Ağacım kitabındakı Zezeni xatırlatdı.Eyni uşaq ruhu,eyni incə düşüncə tərzi... Kitab naməlum bir sonluqla bitir,lakin bildiyim qədərilə kitabın bir filmi var və filmdə sonluq çox aydın şəkildə verilib. Əsərin məzmunu: Əsərin baş qəhrəmanı Bruno 9 yaşında olmasına baxmayaraq öz yaşından böyük düşünən,geniş qəlbə sahib bir uşaqdır.Bir gün atasının işinə görə öz sevimli evi,nənə-babası və dostlarından ayrılmaq məcburiyyətində qalır.Bu məcburiyyəti dərk etməyə çətinlik çəkən Bruno yalnızlığını dəf etmək üçün kəşfiyyat ruhunu üzə çıxarır və axtarmağa başlayır.Onu ən çox maraqlandıran məsələ isə evlərinin yanındakı tellər arxasında qalan zolaqlı "pijamalı" insanlar olduğu üçün ilk öncə bu haqda kəşfiyyatın pis olmayacağını düşünür. Müəyyən bir vaxt keçməsinə baxmayaraq bir şey tapa bilməyən Bruno ümidini itirməyə başlamışdı ki, hasarda bir nöqtə görür.Yaxınlaşdıqca nöqtə ləkəyə,ləkə siluetə və siluet də bir oğlana çevrildi. Bəli,elə əsas hekayə də buradan başlayır. Bu zolaqlı pijamalı oğlanla dostluq macərasına çıxan Brunonu nə gözləyir?... Görəsən tellərin digər tərəfində baş verənlər Brunonun xəyalındakı kimi ütopik bir yerdir?...
Holokost
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202050,6bin okunma
·
74 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.