Puan vermedi·223 syf.····Okunma: 20 Ağustos 2023 22:51 Bu dəfə çox qəşəng kitab təhlili ilə gəlmişəm.İlyas Əfəndiyevdən sonra İsmayıl Şıxlı da, milli yazıçılarımızdan ən sevdiklərimdən oldu.
İsmayıl Şıxlı " Dəli Kür"dən sonra yeni bir əsər yazmaq istədəyini və bu əsərdə məhz 1920 ci illərdə inqilab tariximizdən bəhs etmək istədyini qeyd edib. Həttə əsərin adını oxuyuculara " Qanlı Təpə " olaraq çatdırıb lakin, yazmağı mümkün olmur . Yazıçının dediyinə görə arxiv sənədləri gizlədilir və hadisələri olduğu kimi yox dəyişdirib verəcək olsa idi digər əsərlərdən fərqi olmazdı.
Artıq məhdudiyyətlərin götürlməsindən sonra roman yazacağına qərar verən Şıxlı bu səfər əsərin adını dəyişib " Ölən dünyam" qoyur. Bədbəxtliklər isə yaxasını buraxmır . Ağır və uzun sürən xəstəlik ,gözünün görməməsi ona mane olur. Lakin sonralar əsəri yazmağına ona həyatı yoldaşı (Ümidə xanım)kömək edir.
Bir də bunu demədən keçməyim Şıxlı əsərə ön sözü yazanda gözünün görmədiyi üçün əsərdə olan qusurlardan dolayı oxucularindan üzr istəyib