Gönderi

Oxuyun ve oxutdurun
Puan vermedi·272 syf.··
Beğendi
·
2023 5. kitabı
Hörmətli yazıçımız Elxan Elatlının tərcümeyi-halı ilə tanış olmadan onun istənilən romanını oxuyan hər bir insan Elxan Elatlının hüquqşünas-kriminalist olması qənaətinə gələr. Amma əslində ixtisasca riyaziyyatçı olub belə peşəkarcasına detektiv romanlar yazmaq da hər yazıçıya nəsib olmur. Əllərinizə sağlıq dəyərli və hamının yeni kitablarını səbrsizliklə gözlədiyi yazıçımız... Bu yaxınlarda Elxan Elatlının "Bakıdan gələn xəfiyyə" romanını böyük məmnuniyyət hissi ilə təkrar oxudum. Roman o qədər maraqlıdır ki oxucu nə zaman başlayıb və nə zaman bitirdiyindən belə xəbərsiz olur. Rusiyanın uzaq vilayətlərindən birində baş verən ardıcıl və müəmmalı qətl hadisələri şəhərdə yaşayan azərbaycanlıların və ermənilərin qarşıdurmasına gətirib çıxarır. Belə bir vəziyyətdə hadisələrin araşdırılmasına kömək məqsədi ilə Bakıdan peşəkar xəfiyyə - polkovnik Qasımlı dəvət olunur. Xəfiyyə tədqiqatlarını dərinləşdirdikdə yerli mafiyanın daha da dəhşətli cinayətlərinin izinə düşür... Kitabı çox bəyənirəm və hər kəsə oxumağı tövsiyyə edirəm.
Edebiyat
Bakıdan Gələn XəfiyyəElhan Elatlı · Elgün Nəşriyyat · 20111,090 okunma
·
566 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.