Gönderi

Puan vermedi·165 syf.··
Beğendi
·
2023 6. kitabı
Xalq yazıçımız Çingiz Abdullayevin qələmindən süzülən növbəti incilərini - " Mənim gözəl alibim " və " Üçüncü variant " romanlarını təkrar oxudum. Hər iki romanın qəhrəmanı eyni insan olduğu üçün təəssüratımı ayrı ayrılıqda deyil , umümiləşdirərək bölüşmək istədim. Romanlar Əfqanistan müharibəsindən bir qolunu itirərək geri dönən, Sovetlər İttifaqı dağıldıqdan sonra isə dövlət imtiyazlarından və qayğısından məhrum qalaraq " Solaxay " ləqəbli killerə çevrilən qəhrəman bir zabitin faciəvi həyat hekayəsindən bəhs edir. Tək arzusu ailəsinə sahib çıxıb övladına layiqli ata olmaq istəyən bu zabit vəziyyətdən çıxış yollarını arayır. Qarşısında 2 yol var : Ya qəhrəman kimi yaşayıb aclıqdan ölmək , ya da içkiyə qurşanaraq həyatla vidalaşmaq. Lakin O üçüncü variantı seçir və killerə çevrilir. Tək əlli , "Solaxay" ləqəbli killer. Dövlət məmurlarının quldur şəbəkələrindən ibarət mafiya ilə mübarzəyə başlayır... Romanları çox bəyəndim. Əminəm ki oxuyan hər bir insan mütləq bəyənəcəkdir.
Mənim Gözəl AlibimCengiz Abdullayev · Qanun Nəşriyyat · 2016199 okunma
·
1.605 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Üçünce variant? 🤔Mən kitabın ikinci hissəsi olaraq Saturnun Tövbəsi bilirəm. Onu oxumuşdum🙄