Gönderi

160 syf.
5/10 puan verdi
·
5 saatte okudu
Antonio Tabukkinin “İzabel üçün Mandala” romanını oxuyub bitirdim. Bu əsər yazıçının sonuncu əsəridir və ölü­mün­dən sonra çap olunub. Romanda İzabel adlı itmiş portu­qaliyalı qadınla onun axtarışında olan polyak əsilli, portuqaliyalı yazıçı Tadeuşun mistik ayrılıq hekayətindən bəhs edilir. Dünyasını dəyişmiş Tadeuş Böyük Ayı bürcünün ən parlaq ulduzu olan Siriusun ətraflarından qayıdaraq bir vaxtlar sevdiyi İzabelin axtarışına çıxır. Kitab 2012 - ci ildə işıq üzü görüb. Əsər surreal, fantastik, xəyali bir formada təqdim olunur. Əsərin baş qəhrəmanı Tadeuş Slovatskidir. Tadeuş dünyasını dəyişib. O bir xülyadır. O mövcud deyil. Tadeuş bir vaxtlar sevdiyi İzabeli tapmaq üçün Mandalanın dairələri ilə mərkəzə doğru irəliləyir və İdabeli tanıyan insanlarla görüşür, İzabelin sorağında metafizik bir səyahətə yollanır. Səyahətin məqsədi İzabel haqqında bilmədikləridir. İzabel gizli siyasi fəaliyyət göstərmiş, Salazar rejiminin faşist həbsxanasında özünü rəfiqəsi Maqda kimi qələmə vermiş, işgəncələrə məruz qalmış və qətlə yetirilmişdir. Qeyri- adi, kosmik, fəlsəfi bir romandır.Anlamaq çətindir. Fantastikanı sevənlər üçün tapıntıdır. Mənim janrım olmasa da buddistlərin dini ritualları, əslində olan və olmayan , zaman anlamını itirən, sonda bir heçliklə qarşılaşan hər bir oxucunu düşündürəcək romandır. Ölüm yoldakı bir döngədir, ölmək isə, sadəcə , görünməmək deməkdir. Hər şey heç bir şeydir. Kainat böyükdür, sən isə burada , dünyanın bu kiçik küncündəsən. Heç vaxt da gec deyil. İnsan palçıqdan yaradılıb.
İzabel Üçün Mandala
İzabel Üçün MandalaAntonio Tabucchi · Qanun Nəşriyyatı · 2020103 okunma
14 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.