Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

250 syf.
10/10 puan verdi
·
Beğendi
🫎"Qızılbuynuzdan olan qız" Dünyaca məşhur "Əli və Nino" əsərinin müəllifindən növbəti möhtəşəm qələm işi Sadəcə niyə bu əsər bu qədər məşhur deyilllll....... Mənim kimi tarix takıntısı olan bir insan üçün bu əsər nə qədər maraqlı gəldi özünüz düşünün Romanda sarayından didərgin düşmüş bir paşa və onun şəhzadə üçün yetişdirulən qızından söhbət gedir. Ancaq əsərdə daha nələr yoxdur- şərq və qərb münasibətləri,əbədi sədaqət,vətən sevgisi,kişilik və qadınlıq göstəriciləri daha nələrr nələrrrrrrr.... Əsərin baş qəhrəmanı Ənbəri adlı paşa qızıdır,o artıq şəhzadə üçün yetişdirilmiş,sarayda yaşamır. Ənbəri Berlində kiçik bir evdə atası ilə birgə yaşayır və filologiya üzrə təhsil alır, əcdadlarının dilini,tarixini öyrənir. Belə bir dönəmdə vətən coffeti çəkdiyi,Berlinə uyğunlaşmağa çalışdığı bir vaxtda bir həkimlə qarşılaşır...... Allahım əsərdə o qədər dolanbaclı hadisələr var ki, inanın sizə buradanə qədər danışsam da spoiler almış olmazsınız... Odur ki,ümidvaram sevimli oxurlar bu kitaba xüsusi diqqət yetirəcəklər
Qızıl Buynuzdan Olan Qız
Qızıl Buynuzdan Olan QızKurban Said · Qanun Nəşriyyatı · 201867 okunma
·
38 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.