Başqa Bir Xoşbəxtlik Bu kitab köhnə Amerikan filmlərini mənə xatırlatdı. Niyəsə oxuduqca sanki TVdə kinoya baxıram kimi hisslər keçirirdim. Aqata adlı qadın cəzasının bitməsinə 5 il qalmış həbsdən qaçır. Yolda qarşılaşdığı Milli adlı qadın ilə 5 günlük yol macerası yaşayır. Amma bu yol onları bir birinə yaxın və doğma edir. Bir az dedektiv tərzində kitab idi. Amma bu qarşılaşma əslində təsadüf deyil. Bu obrazlar arasında olan əlaqənin tədricən açılması kitabın marağının artmasına səbəb olur. Kitabda adı çəkilən hər bir obraza diqqət yetirmək lazımdır. Onlar o qədər şirin və doğma idilərki. Kitabda bir az Amerika siyasətinə, qaradərililərə qarşı olan ədalətsizliklərə (məsələn Soledad qardaşları) və hakim orqanların özbaşınalığına da yer verilmişdir. Bundan başqa azadlıq üçün mübarizə aparan gənclərin həyatlarından, başlarına gələnlərdən də bəhs edir. Mark Levinin oxuduğum ilk kitabı idi və çox sevdim. Marc Levy