Hüseyn Kənan uşaqlığını dayısının yanında əzilərək, xor görülərək, oğrunun oğlu damğasıyla keçirir. Sevgiyə olan inamını itirən Kənan, sevginin sadəcə dodaqlarda qalacağını, əsla qəlbə enməməsini özünə fəlsəfə etmişdir. Avropaya gedib musiqi təhsili alır və çox məşhur bir kamançı olaraq vətəninə dönür. Dönəndən sonra Lamiyə ilə tanış olur. Uşaq gözü ilə baxdığı bu qıza aşiq olur Kənan. Lamiyə… Lamiyə isə Kənanın musiqisinə aşiqdir….