Puan vermedi·400 syf.····Okunma: 14 Ekim 2023 18:03 Gün Var Əsrə Bərabər : “Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən şərqə gələr gedər... gedər gələrdi” cümləsinə əsərdə tez-tez rast gəlinir. Əsərdə insanların daimi yaşayış yeri Sarı-Özək düzüdür. Qırğızıstanda yerləşən minlərlə yaşayış yerlərindən biri kimi görünə bilər bizlərə. Orada yaşayan insanların sevinc və kədərləri bizim də yaşadığımız yerlərin sevinc və kədərlərinə çox oxşardır.
Əsərdə Əsrə Bərabər Olan gün, qəhrəman Yedigeyin dəvə belində dostu Kazangapın vəsiyyətini gerçəkləşdirmək üzrə tabutunu Ana Beyit qəiristanlığına aparmaq üçün yola çıxdığı gündür. Səhərdən axşama qədər davam edən qarlı və soyuq yol boyunca bir dəmiryolu işçisi olan Yedigeyin gənclik illərindən bu günlərə qədər keçən zamandan və xatirələrindən yola çıxaraq xalqların və müxtəlif toplumların problemlərinə toxunduğu görülür.
“..Əlindən varını, mülkün alsalar bu sənin ölüm səbəbinola bilməz. Amma sənin qürurunu qırar, ruhunu öldürərlərsə, bax buna heç bir çarə tapa bilməzsən..”