Gönderi

168 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Rövşən Abdullaoğlu "Həyatın imzası" sevə-sevə oxuduğum əsərlərdən biri oldu. Kitabda "Həyatın ümumiliyi" nəzəriyyəsindən danışılır. Mahiyyətinə keçməzdən öncə, demək istəyirəm ki, bu nəzəriyyə qədim Yunanıstanda, Platonun görüşlərində, Hind vedalarında, Yoqa fəlsəfəsində, İslam fəlsəfəsində yerini tapmışdır. Nəzəriyyəni belə izah edək, hər birimiz orta məktəbdə varlıqları 2 yerə ayırmağı öyrənmişik. Canlılar və cansızlar. Canlı varlıqları isə nəfəs aldığı, böyüyüb inkişaf etdiyi üçün canlı adlandırmışıq. Lakin şüuru isə yalnız insana aid etmişik. Amma bu fəlsəfə bizim öyrəndiyimiz bu təsnifi yox edir. Bütün varlıqların canlı olması, onlarda şüurun olmasından söz açılır. "Həyatın ümumiliyi insana deyir ki, həyatda hər şey canlıdır. Hər bir şey yaşamaqda, fəaliyyətdədir. Bu səbəblə də aləmdə ölüm deyilən bir şey yoxdur..." Bu nəzəriyyənin ətraflı izahını, mahiyyətini, nümayəndələrini, dəlil-sübutlarını əsəri oxuduqda daha yaxşı anlayacaqsınız. Həmçinin, əsər sizi düşündürəcək, həyata başqa bir tərzlə baxacaqsınız
Həyatın İmzası
Həyatın İmzasıRövşen Abdullaoğlu · 07 okunma
·
36 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.