Müasir yazıçılardan olan Rövşən Abdullaoğlu elə bir qələmə sahibdir ki, bütün əsərlərini alıb oxumaq istəyirəm. Amma əsas məsələ isə onun toxunduğu mövzuları həyatımızda tətbiq etməkdi
Bu əsəri çox bəyəndim. Günümüzün problemlərinə də çox gözəl toxunub. Belə bir söz var: "Keçib gedən zaman deyil, ömürdür". Bu əsərin də əsas ideyası budur. Zaman bizim ömrümüzdən gedir. Biz isə zamanımızı düzgün və doğru yönə tənzimləməliyik. Yəqin ki, hamımız bu sözləri eşidirik: "Vaxtım yoxdu", "Heç cür çatdıra bilmirəm", "İşlərim vaxtında alınmır" və ya "Bekarçılıqdı", "Vaxtı bilmirəm necə öldürüm" və s. Bu kitab isə bütün bunların cavabını verir. Və bizə necə "vaxt yaradacağımızı" da öyrədir.
Hər kəsə tövsiyə edəcəyim bir əsərdir. Sanki həyatımızı planlamaq üçün cədvəli hazırlayıb, bizim isə işimiz o cədvəli doldurub əməl etməkdi