Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

152 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
O qədər gözəl kitab idi ki, sözlə izah etmək mümkün deyil. Kitabda Dilbər xanımın Müşfiq haqqında gözəl xatirələri yer alırdı. Onların tanış olması, ailə qurmaları, sevgiləri, Müşfiqin incə, aşiq qəlbi Əsəri oxuduqca düşünürdüm ki, görəsən, dünyada hələ də Müşfiq kimi həssas, düşüncəli insanlar var mı? Bu necə gözəl sevgidi belə! Heyf ki, belə gözəl insanlar az yaşayır Əsər haqqında çox danışmaq istəmirəm. İnanıram ki, oxuyub o gözəl duyğuları siz də hiss edəcəksiniz. Amma əsərdəki kiçik bir hissəni bura qeyd etmək istəyirəm "Bir gün balaca Mikayılın başı oynamağa elə qarışmışdı ki, yemək də yaddan çıxmışdı. Birdən aclıq elə təsir etdi ki, o, tələsik evə gəlir, yeməyə bir şey tapmır. Sobanın içinə bir neçə kartof qoyub bişməsini gözləyir. Bu vaxt qonşuları Asya xala onlara qonaq gəlir. Oturub dayısı arvadı ilə söhbət edir. Mikayıl Sobadan kartofu çıxarıb yemək istəyəndə dayısı arvadı ona deyir ki, Mikayıl, Asya xalaya çay gətir. Evdəki pişik isə Mikayılın ayağını cırmaqlayıb miyoldayır, yemək istəyir. Mikayıl çayı süzə-süzə bədahətən bu vəziyyəti belə təsvir edir: Pişiyin iştahına bax, Külləmədən pay istəyir. Qarnım acından gedir, Asya xala çay istəyir" -Müşfiqin bacısı Balacaxanımın xatirəsindən
Müşfiqli Günlərim
Müşfiqli GünlərimDilbər Axundzadə · Kitab Klubu Nəşriyyatı · 2019285 okunma
·
18 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.