Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

344 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Bu kitab çox bəyəndiyim əsərlərdən oldu. Varisin timsalında biz Afrikadakı adətləri, xüsusən də qadınlara qarşı olan zülmləri görə bilirik. Varis Afrika səhralarında yaşanan həyatı bütün tərəflərilə bizə tanıdır. Oranın həm müsbət, həm mənfi tərəflərini göstərir. İnsanların yaşadığı çətin şəraitə baxmayaraq həyatı sevmələri çox gözəl şəkildə təqdim olunmuşdu. Əsərdə qadın sünnətinin dəhşətlərindən geniş şəkildə danışılır. Təəssüflər olsun ki, Afrikada bu "adət" hələ də yaşamaqdadır. Varis həyatı sevirdi, gələcəyə inanırdı. Biz onun mübarizəsini, çalışqanlığını, həyat əzmini, qadın haqları uğrunda mübarizəsini görürük. Əsərdə diqqətimi çəkən bir məsələdə modeller, mankenlər haqqında idi. Varisin fikirlərini bu cür dürüst və qərəzsiz təqdim etməsi çox xoş oldu
Səhra Çiçəyi
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 20142,955 okunma
·
6 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.