Gönderi

384 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 4 days
Abaddon kimdir? İlk olaraq sizə onun haqqında danışmaq istəyirəm. "Abaddon" sözü ibrani dilində əzab mənası verir. Yunanca Apollyon adlanır. İncildə onun adı yoxluqla, Müqəddəs Kitabda bəzən cəhənnəmlə, bəzən də ölümlə birgə çəkilir. Əhdi-ətiqdə onun adı cəhənnəmin ən pis yerlərindən birinin adıdır. Mələk, çəyirtkələr kralı olaraq da adlanır, bəzi mənbələrdə İblisə də tabe olmadığı göstərilir. Onun adı həm Xristian, həm də Yəhudi dini kitablarında keçir Bu əsər detektiv, psixoloji roman olaraq yazılıb və oxuduğum ən gözəl kitablardan biridir. Mövzusu: İrlandiyada silsilə qətl hadisələri baş verir. Araşdırmalar zamanı bu qətlləri eyni insanın etdiyi üzə çıxır. Bunun üçün də müstəntiq Şon Onil cinayəti açmaq üçün işə cəlb olunur. Onunla yanaşı psixoloq Erin də bu cinayətləri açmaq, qatilin psixoloji portretini çəkmək üçün təyin olunur. Bəs qatil kim idi? Nə üçün qurbanlar bir-birinə bu qədər bənzəyirdi? Məqsəd nə idi? Əsərdə təkcə bu qətllərdən yox, bu qətllərin psixologiyasından da danışılır və çox maraqlı faktlar üzə çıxır. Mən bu əsəri o qədər maraqla oxudum ki, nə zaman bitdi anlamadım Qeyd edim ki, əsərdə psixoloji gərginlik yaradan səhnələr olduğundan 16 yaşdan aşağı şəxslərə oxumaq tövsiyə edilmir. Hər birinizə xoş mütaliələr, kitabla qalın
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023521 okunma
·
46 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.