Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

312 syf.
10/10 puan verdi
·
Beğendi
Əslində, kitabın sonunda əsər barədə məlumat verilir. Onu qeyd etməmişdən öncə isə bunu demək istəyirəm, bu kitab insanın gözünü açır. Hər cümləsi qızıldan daha qiymətlidi. İndiyədək oxuduğum kitablar bir yerə, Əli Şəriətinin əsərlərini isə ayrı bir yerə qoyuram. Çünki onun əsərləri sanki bizi qəflət yuxusandan oyadır. Əsl kimliyimizi bizə göstərir "Əli Şəriəti intellektual fəaliyyəti boyunca iki qrup insana qarşı mübarizə aparırdı: dardüşüncəli dindar və təqlidçi ziyalılar. Bu kitabda Şəriəti, əsasən, ikinci qrupdan söhbət açır; o hesab edir ki, şərq cəmiyyətlərini iflic edən, onları inkişafdan saxlayan əsas faktorlardan biri məhz təqlidçilikdir. Şəriəti kitab boyu şərq-müsəlman ziyalısının necə metamorfoza uğradığını, öz mədəni kökündən necə qopduğunu, qoparıldığını analiz edir. Ürək ağrısı ilə zəngin Şərq və İslam mədəniyyətinə sahib bu ziyalıların heç bir ictimai xəstəliyə şəfa vermədiyini və qərbin təqlidçisi olan bir "aydın"a çevrildiyini qeyd edir. Bu baxımdan Şəriəti ziyalılıqla intellektuallığı fərqləndirir; ziyalı kimi təqdim olunan şəxslərin, əslində, quru intellektualdan başqa bir şey olmadığını vurğulayır. Ziyalının isə cəmiyyətin xilası, yolgöstərəni, bir mənada peyğəmbəri olmalı olduğunu deyir. Şəriəti şərq, müsəlman cəmiyyətinin gətirildiyi bu vəziyyəti "istismar" sözü ilə deyil, özünün yaratdığı bir sözlə ifadə edir, həm də mövcud xəstəliyin kəskin diaqnozunu qoyur: istihmar-eşşəkkəşdirmə"
Özünüdərk və Eşşəkləşdirmə
Özünüdərk və EşşəkləşdirməAli Şeriati · Parlaq İmzalar · 20181,078 okunma
·
26 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.