Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

161 syf.
·
Puan vermedi
İlk olaraq bunu deyim ki, kitab təkcə Xanım Fatimənin (ə) həyatından və qadın haqlarından bəhs etmir. Ümumilikdə qadına verilən dəyərdən və cəmiyyətdəki bir çox problemlərdən bəhs edir Son zamanlar qadın azadlığı haqqında mövzular daha aktualdır. XIX-XX əsrlərdə qadın haqları uğruna çoxlu mübarizə aparılıb. Bəs nəticəsi nədir? Bu gün ilk görüşdə Qərb dövlətləri daha demokratik, qadın hüquqları baxımından daha azad görünür. Görəsən, həqiqətən də, elədirmi? Bu kitab gözümüzün önündəki bütün pərdələri qaldırır və Qərbin iç üzünü gözəl şəkildə açıb göstərir. Cəmi 147 səhifə olmasına baxmayaraq cəmiyyəti narahat edən o qədər mövzuya toxunub və o qədər qısa, konkret izah edib ki, heyran qalmamaq mümkün deyil Həmçinin, kitabda Şərqin və İslamın qadına verdiyi dəyərdən danışır. Adət-ənənə ilə dini bir-birinə qatan Şərq bir zamanlar zirvədə olsa da, bu qarışıqlıq səbəbindən necə tənəzzül etdiyini də göstərir Bu gün qadına necə dəyər veririk? Bəzi yerlərdə qadını adı ilə çağırmırlar. Danışmağa icazə vermirlər. Seçim haqqı tanımırlar. O, heç bir ictimai vəzifə daşıya bilməz. İşi ancaq mətbəx və təmizlikdi. Bu İslamın deyil, keçmiş adətlərin qalıntılarıdı. İslam deyir ki, qadın mülk sahibi ola bilər, işləyə bilər, ictimai-siyasi vəzifə daşıya bilər, oxuya bilər, hətta cahillik təkcə qadın üçün deyil, bütün insan üçün bir bataqlıqdı. Qadın ailədə öz fikirlərini açıq şəkildə ifadə edə bilər və s. Xanım Fatimə (ə) bizim üçün ən gözəl nümunədir. O, təkcə gözəl ana, elmli qadın, nümunəvi həyat yoldaşı və övlad deyil, eyni zamanda nümunəvi vətəndaş idi. Zülm qarşısında susmayan, haqsızlıq olan zaman haqqı sonuna qədər müdafiə edən, Peyğəmbər (s) səhabələri içində ədalətsizliyi sübut edən, mübarizədən boyun qaçırmayan mərd, alim, cəsarətli bir xanım idi. Bəs Xanımın (ə) bu xüsusiyyətlərini nə qədər tanıyırıq? Bu kitabı təkcə dini kitab kimi dəyərləndirməyin. Və çalışın ki, mütləq oxuyasınız
Qadın
QadınAli Şeriati · Dini Kitabxana · 01,235 okunma
·
24 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.