Gönderi

10/10
·152 syf.··
Beğendi
·
2022 6. kitabı
"Hayvan çiftliği" əsərində Jonesin fermasında heyvanlar ağır şəraitdə çalışırlar. Heyvanların çəkdiyi əziyyət Jonesi maraqlandırmır. Heyvanlar isə üsyan edirlər və Jonesi fermadan qovurlar. Bununla da, heyvanlar güzəranlarının daha yaxşı olacağını düşünürlər. Üsyan sonrasında donuzlar rəhbər olur. Fermanın adı dəyişir və 7 əmr hazırlanır: 1.İki ayaq üstündə gəzən hər kəsi düşmən biləcəksən 2.Dörd ayaq üstündə gəzən ya da qanadları olan hər kəsi dost biləcəksən 3.Heç bir heyvan geyim geyməyəcək 4.Heç bir heyvan yataqda yatmayacaq 5.Heç bir heyvan içki işməyəcək 6.Heç bir heyvan başqa bir heyvanı öldürməyəcək 7.Bütün heyvanlar bərabərdir Əsərdəki heyvanların xarakteri və buna uyğun davranışı möhtəşəm şəkildə ifadə olunub. Heyvanların arasında ən ağıllı olan donuzlar idarəni əllərinə alırlar, amma yeni yaranan sistemi yolundan döndərən də məhz onlar olur. Donuzlar əmrlərə riayət etmir və onları dəyişməyə başlayırlar. Beləliklə də, diktatorluq qurulur Əsər Sovet dövrü kommunizmi və Stalini tənqid edir. Əslində donuzlar insanlara nifrət etmir, onların yerində olmaq istəyir. Eynilə Sovet dövrü kimi. Kommunizmin başındakı şəxslər çarın yerində olmaq istəyirdilər, bərabər deyil. Bərabərlik sistemi ilk başda çox gözəl görünsə də, yuxarıdakı şəxslər tənqid etdikləri şəxslərə döndükləri üçün yeni sistem əvvəlki sistemdən fərqlənmir. Vəziyyətin belə olmasının bir səbəbi də xalqın cahil olması, baş verənlərə etiraz edə bilməməsidir Əsəri çox bəyəndim və hər kəsə oxumağı məsləhət görərdim
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2024296,1bin okunma
·
10 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.