Gönderi

144 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 4 hours
Elayın- Kolleksioner əsərini oxuyub bitirdim. Əsərin qəribə süjeti var. Belə kitab ilk dəfədir oxuyurdum. Kitabı çox bəyəndim. Dili sadə , axıcı, hadisələr isə çox gözəl və həyəcanlı təsvir olunub. İllərdir, böyük məbləğ qarşılığında ölüm ayağında olan insanların günahlarını dinləyən, onlara rahatlıq bəxş edən Kolleksionerin ( baş qəhrəman öz adını heç kimə söyləmir) həyatı bir qadının gözlənilməz gəlişi ilə tamamən dəyişir. Kolleksioner özünə qoyduğu ləqəbdir. O günah kolleksiyası yığır və yığdığı günahları qələmə alır. Qəhrəmanımız seçim qarşısındadır: ya böyük pulları və yeknəsəqliyi seçəcək, ya da sevdiyi qadınla xoşbəxt həyatı. Bunun üçün isə keçmişini geridə qoymalıdır. Amma insan heç vaxt keçmişindən qopa bilmir. Keçmiş bizi qarabaqara izləyir.İnsan bəzən qurtulmaq istəsə də ya gec olur, ya mümkün olmur. Kolleksioner uşaqlıqdan susur və həmişə dinləyir.İşə ilk dəfə öz doğma atasının günahını dinləyərək başlayır. Atası ( ölüm ayağında atası olduğunu öyrənir) etdiyi günahları etiraf edib yüngülləşdikdən sonra ölür.Dünyadan köçəndən sonra bu işi onun peşəsinə çevirən oğlu boz gözləri ilə günah danışanların günahını alıb onları ölüm ayağında sakitləşdirməklə pul qazanır. Dinlədikləri günahlardan sonra rahat ölən insanlar bunun qarşılığında Kolleksionerə külli miqdarda pul ödəyir. Cəhənnəmə gedərkən rahatlıq tapan insanların günahları ilə yaşayan Kolleksioner bir gün ayılır və bu işi etmək istəmədiyinə qərar verir. Bu onda alınacaqmı?? Kitab insan olmaq və düzgün yaşamaq mesajını ötürür.Heç vaxt gec deyil.Başlamaq və dəyişmək üçün.Günahlarınızı etiraf etmək və yeni səhifə açmaq ürək istəyir.Kamillik istəyir.Yaxşı insan olmaq hər kəsin öz seçimidir. Heç nə insanın iliyinə kimi işləmiş günahları yumağa qadir deyil. Etdiyimiz hər pis, yaxud yaxşı əməl gec-tez özümüzə geri dönəcək. Həyatın əsas sirri ondadır ki, əslində, heç bir sirr yoxdur. Sadəcə yaxşı insan olmağa çalışmaq lazımdır. Hamımız nə vaxtsa öləcəyik.Kimi ya doğulmadan, ya körpəlikdən ölür, kimini isə öldürürlər, bəziləri isə özləri özlərinin ölüm mələyi , cəlladı olur. -Siz də oxumağı sevirsiniz? -Nə vaxtsa çox sevirdim. -Bəzi şeylər heç vaxt dəyişmir , sadəcə onları unuduruq. Sirlər həmişə öz sahibləri ilə qalmalıdır. Yaxşı insan olmaq heç vaxt gec deyil.Yetər ki, bunu özün istəyəsən. Kitabla qalın , dostlar
Kolleksioner
KolleksionerElay · Xan Nəşriyyatı · 049 okunma
·
329 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.