Gönderi

268 syf.
8/10 puan verdi
·
Read in 20 days
(çıkkılı spoiler) Oxuyarkən daxilinizdə şahmat oyunu təəssüratı yaradan bir əsər düşünün, hər gediş sonrası insanda dərin şübhə yaradan qısa və axıcı başlıqlar. Əsər dünyada o qədər tanınmasa da öz ölkəsinin şedevri sayılır, Düzünü desəm kitab gözləntilərimi geridə qoydu, yəni mən daha primitiv bir süjet düşünmüşdüm, lakin oxucu əsərin sonunun necə bitəcəyini bilə-bilə oxuduqca oxumaq istəyir. Əsər memuar xarakterli olsa da müəllifin demək olar hər bölmədə oxucusunu yada salması, ona ünvanladığı başlıqlar ən sevdiyim məqam oldu, məncə bu əsəri daha da oxunaqlı edir ^-^ Ən fav obrazım isə şübhəsiz Xose Dias oldu, düzü əsərin əvvəlində qəddar, yalnız ön mənfəətini düşünən biri olaraq təsəvvür yaratmışdım özümdə. Amma sonradan aralarında qan bağı olmasa belə Bentinyoya göstərdiyi ata qayğısı, doğrusunda və yanlışında ona dəstək olması məndə ona qarşı rəğbət yaratdı. Amma kitabda nəzərdən qaçırılan məqamlar da çox idi. Məsələn baş obrazın keçirdiyi hiss həyəcanın bir qismini onunla birlikdə hiss edib yaşaya bilmədim deyə kitabın bəzi yerləri emosional cəhətdən quru gəldi mənə, (ən çox da Eskobarın dəfn mərasimi) İezekil… Hələ doğulmamışdan, başqalarının günahları ucbatından öz həyatından məhrum olması. Bu məqam çox quru təsvir edilsə də özümü onun yerinə qoyanda çox pis hiss edirəm özümü, halbuki bu həyat hekayəsinin ən məsum və günahsız obrazı məhz o idi. Əsaslı dəlillər olmadığından kitabın sonunda oxucunun beynində bir sual yaranır: görəsən Kapitu həqiqətən mi xəyanət etmişdi yoxsa bu qısqanc həyat yoldaşının təxəyyülünün məhsulu idi?
Don Kasmurro
Don KasmurroMachado de Assis · TEAS Press · 201956 okunma
·
1 plus 1
·
152 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.