Don Kasmurro

Machado de Assis
Qadın xəyanəti dünyada yaxşı nə varsa, hamısını bir anda darmadağın etməyə qadirdir. Hər şey bir göz qırpımında dəyərsizləşir, xüsusilə də saf gənclik məhəbbəti, ilk görüşün həyəcanı, əhd-peyman, ömürlük sədaqət andları, ehtiraslı dodaqların pıçıltı ilə oxuduğu sevgi nəğmələri, xoşbəxt ailə həyatı sənə artıq zəhər qatılmış bal, qorxunc kabus, murdar yalan kimi görünür. Xəyanət gözünün önündə bütün həyatın, insani hisslərin qatilinə çevrilir... Maşado de Assisin portuqal dilində qələmə aldığı “Don Kasmurro” romanı ilk dəfə 1899-cu ildə işıq üzü görüb. Sadə insanların, kənardan məsum və günahsız görünən kişi və qadınların riyakar həyat tərzi əsərdə fərqli dildə, fərqli ifadə tərzində oxucuya təqdim edilir. Müəllif sirlərlə dolu qəlbləri parçalayan yalanları, saxtakarlıqları ifşa etməkdə çox sərrast və amansızdır. Onun həlim, sadəlövh görünən dili özündə əslində ironiya və istehzanı, dərin satiranı ehtiva edir. “Don Kasmurro”nu oxuyandan sonra həyata, insanlara, sevgiyə, dostluğa münasibətiniz kökündən dəyişəcək. Əgər əsərin mahiyyətini dərk edərək, yazıçının tikanlı satirasını anlayaraq oxusanız, bu dəyişiklik sizin üçün təhlükəli də ola bilər... Portuqaldilli ədəbiyyatın Şekspiri...
Author:
Machado de Assis
Machado de Assis
Estimated Reading Time: 7 hrs. 36 min.Page Number: 268Publication Date: 2019First Publication Date: 1986Publisher: TEAS Press
ISBN: 9789952532258Language: Azerice

Comments and Reviews

See All
268 syf.
8/10 puan verdi
·
Read in 20 days
(çıkkılı spoiler) Oxuyarkən daxilinizdə şahmat oyunu təəssüratı yaradan bir əsər düşünün, hər gediş sonrası insanda dərin şübhə yaradan qısa və axıcı başlıqlar. Əsər dünyada o qədər tanınmasa da öz ölkəsinin şedevri sayılır, Düzünü desəm kitab gözləntilərimi geridə qoydu, yəni mən daha primitiv bir süjet düşünmüşdüm, lakin oxucu əsərin sonunun
Don Kasmurro
Don KasmurroMachado de Assis · TEAS Press · 201956 okunma
Reklam
268 syf.
6/10 puan verdi
·
Read in 4 days
Braziliyalı yazıçı Maşado de Assisin bu əsərində qadın xəyanətindən söhbət gedir. Kitab çoxlu-çoxlu bölümlərdən ibarətdir və buna görə də çox axıcı və sürətli oxumaq mümkündür. Hər bölümdə "görəsən burda xəyanət edəcək?" deyərək oxuyurdum. Amma xəyanətin üstü son səhifələrdə açılır və kitab bitir : | Bitirəndən sonra anladım ki, əvvəldə onlarca səhifə həmin o xəyanətə aid bir neçə səhifəni daha təsirli və hiss edərək oxumağımız üçün var imiş :)
Don Kasmurro
Don KasmurroMachado de Assis · TEAS Press · 201956 okunma
268 syf.
·
Not rated
·
Read in 6 days
“Dərdi də dərmanı da yaradan odur.”
Axillesin oxu kimisə yaralayanda həmin ox həm də yaranı sağaldır.. Həyatımızda qarşımıza çıxan problemləri, acıları isyankar bir tonla qarşılayarıq. Amma xoş və gözəl hadisələlə rastlaşdıqda o anın sevincini yaşayarıq, "isyan etmə" durumu ağlımıza belə gəlməz. Yazar, oxucunu xoş xatirələrlə dolu cığırla, acı gerçəyə doğru aparır.
Don Kasmurro
Don KasmurroMachado de Assis · TEAS Press · 201956 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.