Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

200 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Əlvida əşyalar
- Xoşbəxtlik istədiyini əldə etmək deyil, sahib olduğunu istəməkdir. - Vaxtınız dəyərlidir, öz dəyərli vaxtınızı başqasının həyatını yaşayaraq xərcləməyin. - Mağazaları şəxsi deponuz kimi görün. Mağazalar bizə hər an xidmət edəcək depolardır, ildə bir dəfə istifadə edəcəyim bir əşyaları evə doldurub evi depoya niyə çevirim? - Sahib olduqların, günün sonunda sənin sahibin olur. Yəni nə qədər az əşya o qədər çox azadlıq. - Təkrarlanan hərəkətlərimiz bizi biz edir, ona görə də mükəmməl olmaq bir hərəkət deyil, bir vərdişdir. - Başqalarının məni necə görəcəyi ilə bağlı narahat olmağı dayandırdım. - Bir şeyi etmədiyimiz üçün duyduğumuz peşmançılıq, bir şeyi etdiyimizdə duyduğumuz peşmanlıqdan daha böyükdür. Yəni bir şeyi etməkdən peşman olmaq daha yaxşıdır. - Diqqəti vacib olana yönəltməyin ən yaxşı yolu, vacib olmayan şeyləri azaltmaqdır. - İndi ehtiyacımız olmayan şeylər, yəqin ki, heç vaxt ehtiyacımız olmayacaq. - Lazımsız əşyalar vaxtımızı, enerjimizi və azadlığımızı əlimizdən alır. - Bir əşyanı atmaq üçün bu sualı ver: Bu əşya itsə gedib eynisini alaram? - Bir əşyaya bir il ərzində bir dəfə belə ehtiyac yaranmırsa qurul o əşyadan. - Bir əşyanı almazdan əvvəl 24 saat gözlə, 24 saat sonra hələdə sənə lazım olduğunu düşünürsənsə artıq ala bilərsən. - Nə qədər çox əşya, o qədər az azadlıq. - Əşya, əşya gətirər. Misal Tv alırsan, onun üçün kalonka alırsan, TV altlığı alırsan və s. - Bir əşyanın üzərindəki toz qatı ondan nə qədər istifadə etdiyinizi göstərir. - Spinoza: İnsanlar bir şeyə imkansız dediyində, artıq etmək istədiklərinə qərar vermişdir. - Əşyaları atmaq istəməməyin bir başqa səbəbi vaxtıyla ona verdiyiniz puldur. - Hər şeyi itirdikdən sonra, azadlığı qazanırsan. - Görünüşünüz haqda narahat olan sizsiniz. - Sıfırdan başlayın ən lazımlı əşyaları saxlayın. - Daha az əşya daha çox xoşbəxtlik.
Sadeleş Rahatla
Sadeleş RahatlaFumio Sasaki · Doğan Novus · 2019256 okunma
·
8 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.