Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

144 syf.
7/10 puan verdi
·
Beğendi
İncələmə!!!
Peyğəmbərin həyatını eyni zamanda bu günümüzlə sinxronizasiyasını həyata keçirən, tarixi faktlardan ərsəyə gəlmiş kitab... Həzrəti Məhammədin təvazökarlığı - məziyyətin ən kamil mücəssəməsi kimi təsvir olunmuş və "İnsanlar daşlara bənzər, Həzrəti Məhəmməd isə o daşların arasında parlayan bir yaqutdur." ifadəsi ilə davam etmişdir. Məqam-mənsəbindən asılı olmayaraq özünü sadə bir insan kimi ifadə etməsi iyerarxik quruluşdan uzaq bir cəmiyyət yaratdığına sübutdur. Bəlağət və düşüncə gözəlliyi ilə hər kəsin sevimlisinə çevrilmiş və xalqın çətinliyinə şərik olaraq ümumbəşəri liderlik prinsipi yaratmışdır. Kitabda da qeyd edildiyi kimi, praktiki zəka və güclü mühakimə qabiliyyəti bir səlahiyyətə yiyələnmək üçün vasitədir. Eyni zamanda fəhmi və uzaqgörənliyinin nəticəsində ağsaqqalların belə ehtiramını qazanması atdığı addımların nə qədər doğru olduğunun göstəricisidir. Kitabın şərhini və peyğəmbərimiz real liderliyini vərəqlərə tökmək, səhifələrə yazmaq kifayət etməz, sadəcə kiçik bir sonluqla bu kitabın oxunmasının müstəsna rolunu bilmək olar: "Əgər İslam ümmətinin bir parçasısınızsa, demək, tutduğunuz yol "xeyirxah lider və xeyirxahlığa çağıran bir lider" olmağa xidmət edir."...
Məhəmməd Peyğəmbərin Liderliyi
Məhəmməd Peyğəmbərin LiderliyiJohn Adair · Fabula MMC · 20216 okunma
·
20 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.