Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Məhəmməd Peyğəmbərin Liderliyi

John Adair
Həzrət Məhəmməd dürüstlüyü ilə şöhrət tapmışdır. “Dürüstlük” bütün müsəlmanların xarakterik xüsusiyyəti olsa da, elə bil Həzrət Məhəmmədin əyninə biçilmişdi. Çünki “dürüstlük” mükəmməl cüzlərdən ibarət mükəmməl bir küll deməkdir. Müsəlmanların bir sözü var “İnsanlar daşlara bənzər, Həzrət Məhəmməd isə o daşların arasında parlayan bir yaqutdur.” Con Adeyr “Bütün inancların mənsubları Məhəmməd Peyğəmbərin həyatından ilham ala bilər… Kitabda Onun həyatı müstəvisində dürüstlük, təvazökarlıq, cəsarət, praktiklik və digər məziyyətlərdən bəhs olunur ki, bu da əsəri daha oxunaqlı və maraqlı edir”. Midwest Book Review “Bu kitabda dünyanı dəyişdirən (Peyğəmbər) liderliyi bir çox aspektlərdən unikal şəkildə işıqlandırılıb”. Məhəmməd Əbdül Bari Britaniya Müsəlman Şurasının Baş Katibi “Bu möhtəşəm əsər bütün müsəlman toplumuna böyük bir töhfədir”. M.Hüseyin (M. Hussain) “The Muslim Post” qəzetinin redaktoru “Kitab Con Adeyrin Peyğəmbərimizin missiyasına və liderlik xüsusiyyətlərinə həsr etdiyi mükəmməl bir araşdırmadır”. Mənazir Əhsən (Manazir Ahsan) İslam Fondunun Baş Direktoru
Yazar:
John Adair
John Adair
Tahmini Okuma Süresi: 4 sa. 5 dk.Sayfa Sayısı: 144Basım Tarihi: 2021İlk Yayın Tarihi: 2020Yayınevi: Fabula MMCOrijinal Adı: The Leadership of Muhammad
ISBN: 9789952463040Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
144 syf.
7/10 puan verdi
·
Beğendi
İncələmə!!!
Peyğəmbərin həyatını eyni zamanda bu günümüzlə sinxronizasiyasını həyata keçirən, tarixi faktlardan ərsəyə gəlmiş kitab... Həzrəti Məhammədin təvazökarlığı - məziyyətin ən kamil mücəssəməsi kimi təsvir olunmuş və "İnsanlar daşlara bənzər, Həzrəti Məhəmməd isə o daşların arasında parlayan bir yaqutdur." ifadəsi ilə davam etmişdir. Məqam-mənsəbindən asılı olmayaraq özünü sadə bir insan kimi ifadə etməsi iyerarxik quruluşdan uzaq bir cəmiyyət yaratdığına sübutdur. Bəlağət və düşüncə gözəlliyi ilə hər kəsin sevimlisinə çevrilmiş və xalqın çətinliyinə şərik olaraq ümumbəşəri liderlik prinsipi yaratmışdır. Kitabda da qeyd edildiyi kimi, praktiki zəka və güclü mühakimə qabiliyyəti bir səlahiyyətə yiyələnmək üçün vasitədir. Eyni zamanda fəhmi və uzaqgörənliyinin nəticəsində ağsaqqalların belə ehtiramını qazanması atdığı addımların nə qədər doğru olduğunun göstəricisidir. Kitabın şərhini və peyğəmbərimiz real liderliyini vərəqlərə tökmək, səhifələrə yazmaq kifayət etməz, sadəcə kiçik bir sonluqla bu kitabın oxunmasının müstəsna rolunu bilmək olar: "Əgər İslam ümmətinin bir parçasısınızsa, demək, tutduğunuz yol "xeyirxah lider və xeyirxahlığa çağıran bir lider" olmağa xidmət edir."...
Məhəmməd Peyğəmbərin Liderliyi
Məhəmməd Peyğəmbərin LiderliyiJohn Adair · Fabula MMC · 20216 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.