Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məhəmməd Peyğəmbərin Liderliyi

John Adair

Sözler ve Alıntılar

Tümünü Gör
Təkəbbürlü insanlar özlərini həddən artıq dəyərli saydıqlarına görə çiyinlərinə layiq olmadıqları güc və səlahiyyəti götürürlər. Əksinə, təvazökar insanlar lazım olan şeyləri bilir, lazım olmayanları bilmirlər. Bacarıq və qabiliyyətlərinin sərhədlərini yaxşı anlayırlar. Hansı işi bacardıqlarını və ya bacarmadıqlarını düzgün müəyyənləşdirirlər. Nəticə etibarilə, məsləhət və tövsiyələrə ehtiyacları olmasa belə əhəmiyyət verirlər.
Sayfa 107Kitabı okudu
Heç bir bədəvi çadırına gələn qonağı narazı yola salmaq və ya “xəsis", "əlibərk" damğası ilə yaşamaq istəməzdi. Bu məsələdə hamı eyni düşüncədədir, çünki bədəvilərdə kasıblıq utanılası bir şey deyildir. Qonağı üçün olan-qalan son quzusunu və ya oğlağını kəsib süfrəyə gətirən yoxsul bədəvi müsafirinə cavan dəvə ətindən qızartma yedirən varlı sürü sahibindən qat-qat çox hörmət qazanırdı. Bədəvi nimdaş və əşyasız çadırda yaşasa da, var-dövləti bir-iki qoyun və keçidən ibarət olsa da, uşaqları ac-yalavac gəzsə də, qonaqpərvərlik məziyyətini əldən verməz. Bir atalar sözündə deyilir ki, cins madyanı qaçışına görə ayıblamaq olmaz.
Reklam
Bir-biri ilə yaxından bağlı olan və üst-üstə düşən bu (yuxarıdakı) üç vəzifəni yerinə yetirmək üçün yüksək qabiliyyət tələb olunur. Burada "xidmət" düşüncəsi də vacib əsaslardan biridir. Həzrət Məhəmməd “Xalqın lideri ona xidmət edəndir" düsturunu yaxşı bilirdi. Bunun sadə bir nümunəsini bir səfərdə səhabəsinə xidmət edərək göstərmişdi.
Həzrət Məhəmməd gündəlik ev işləri də daxil olmaqla hər cür işi görməyə həmişə hazırdı. Ona xidmət edən Ənəs ibn Malik deyir: "Mən ona xidmət etmək əvəzinə, daha çox o mənə xidmət edirdi! Heç vaxt mənə qəzəblənməz, əsla sərt rəftar etməzdi".
Latın dilində təvazökarlıq (humility) sözünün kökü "humus (torpaq)"dır. Bu dildə insan (homu-hominis) sözünün kökü də "humus"dur. Necə deyərlər, torpaqdan gəldik, torpağa dönəsiyik. Anqlosakson dilində "təvazökarlıq" mənası "lowly" sözü ilə ifadə olunur. Təvazökarlıq və ya sadəlik nə artıq-nə əskik "Mən insanam!" söyləməkdir. Bu, ilahlıq iddiasından fərsəx-fərsəx uzaq olmaq deməkdir.
Sayfa 106Kitabı okudu
Heç kim aqil (ağıllı) doğulmur, ancaq lider aqil olur. Ağıl bacarıq, icra və dərrakədən ibarətdir. Fəzilət ağacdan düzəldilən ərəb kamanı kimi üç elementdən meydana gəlir: zəka (fəhm), səriştə və gözəl əxlaq.
Reklam
• Lider həmişə öndə olmalıdır. Həyatda və ünsiyyətdə lider bəzən sürünün arxasından gələn çoban kimi illah da ön sıralarda addımlamaq məcburiyyətində deyildir. Əsl lider mənən toplumun qabağında irəliləyən, yəni toplumu ən öndən idarə edən şəxsdir.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.