Gönderi

1928, 20 oktyabr
Çəkdiyim ağrılar bir yana dursun, İnsafı, mürvəti sən atmadınmı? Mən sənə yar desəm dilim qurusun, Yarı, məhəbbəti sən satmadınmı? Qırdın qanadımı, qırdın qolumu, İtirdin qəlbini, azdın yolunu. Tərlan xəyalımı, laçın könlümü Aldadıb-aldadıb oynatmadınmı? Vurğunun ahları yüksəlir göyə, Sormadın bu sirri, sormadın niyə? Dünyada bir şöhrət, bir altun deyə Şahmarın qoynunda sən yatmadınmı?
·
50 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.