Gönderi

Puan vermedi·128 syf.··
2023 29. kitabı
·
26 saatte okudu
·
Okunma: 28 Ekim 2023 21:59
Əvvəla onu deyim ki, kitabı oxumaq istəsəniz, bu nəşriyatını oxumayın. Tərcümə daha yaxşı ola bilərdi. Kitaba gəlincə isə "insanın yaxşı olması üçün ağıla ehtiyacı varmıdır?", "niyə sevilən şeylərə daha çox sevən tərəf zərər vurur?" kimi sualları düşündürür. Kitabın bu qədər qısa və asan oxunulan olmasına baxmayaraq dərin bir fəlsəfi tərəfi var. Kitabdan çıxardığım nəticələrdən biri bu oldu ki, "Güc ağılla birləşmədikdə öldürücü zəhərə çevrilir". Belə bir maraqlı faktı da qeyd edim ki, kitabdakı hadisələr Soledad-da baş verir hansı ki ispan dilində mənası "tənhalıq" deməkdir. Eynən obrazların tənha olduğu kimi. Spoiler Kitabda yaşlı kişi iti öldürüldükdən sonra peşman olur və "kaş ki onu mən öldürsəydim" deyir. Bu hadisə bir növ kitabın sonluğu ilə əlaqəlidir. Bəlkə də bundan təsirlənən George dostunu Curleyin deyil də özünün öldürməsini istəmişdi. Əgər ölüm qaçınılmazdırsa, öldürənin nifrətindənsə, öldürənin mərhəməti daha üstündür.
Edebiyat
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2024211,4bin okunma
·
36 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.