Salam dostlar.️ Hər vaxtınız kitab!!
Bu gün sizlərə fantastik janrda olan çox gözəl bir əsərlə gəldim. Samurayı ilk dəfə 3-4 il əvvəl oxumuşdum. Bu kitab Azərbaycanlı bir yazardan oxuduğum ilk kitabdı ona görədə məndə yeri ayrıdır.Azərbaycan ədəbiyyatını mənə sevdirən, gənc yazarlara şans vermənin nə qədər vacib olduğunu göstərən həmin kitab
Bunuda demək istəyirəm ki, mənə görə Azərbaycanda fantastik janrın kralı kimdir desələr Məhəmməd bəy deyərəm O qədər gözəl ideyalar var ki, oxuyanda özümü bir filmin içində hissedirəm. Bu kitab tamda kdrama dadındaydıHər obrazın yeri məndə bir ayrıdır Saeko məsələn onu başqa cür təsəvvür edirdim amma tamamilə başqa çıxdı. Bunu müsbət mənada deyirəm)) belə olması idealıydı ən sevdiyim 2 ci obrazdı deyə bilərəm ən sevdiyim obraz Xaos tanrısıdı))) kim deyib ki mənfi obrazlar sevilə bilməz? Oxuyarkən kaş onu daha çox oxuya bilsəydim dedim bunun xaricində Ha-Yun ən sevdiyim obrazlardanıydıonu oxuyanda tarixi bir kdramanın baş qəhramanı vibe aldım
Kitabın sonluğuna onsuz qəlbimi buraxmışam Kanayenin etdiyi şey.... Oturub depresyona giriləsi bir səhnəydi Ah Kanayem..... (spoi verməmək üçün çırpınıram....)
Tək iradım odur ki başlanğıcda hərşey çox tez irəliləyir. Birazda uzadıla bilərdi. Ancaq müəyyən yerdən sonra hərşey öz qaydasına düşür.
Fantastik janr olsada çatdırılan sətir altı fikirlər o qədər gözəldi ki.... Bax mən buna yazarlıq deyərəm... Hansı janrda olursa olsun oxucuya birşey qata bilmək...Signor Bayramlı Məhəmməd qələminizə sağlıq əziz yazar!
Hər insanın daxilində bir samuray yatır. Əsas odur ki, vaxtı çatanda onu üzə çıxarmağı bacarasan. Şərəf və ləyaqətlə yaşayın!! Əsl Samuray kimi....
Kitabla qalın....Salamat qalın...️