Tahmini Okuma Süresi:
3 sa. 50 dk.
Sayfa Sayısı:
135
Basım Tarihi:
7 Ağustos 2023
Yayınevi:
Mücrü nəşriyyat
ISBN:
9789952227185
Ülke:
Türkiye
Dil:
Türkçe
Reklam

Yorumlar ve İncelemeler

10/10
·135 syf.··
2023 36. kitabı
Salam dostlar.️ Hər vaxtınız kitab!! Bu gün sizlərə fantastik janrda olan çox gözəl bir əsərlə gəldim. Samurayı ilk dəfə 3-4 il əvvəl oxumuşdum. Bu kitab Azərbaycanlı bir yazardan oxuduğum ilk kitabdı ona görədə məndə yeri ayrıdır.Azərbaycan ədəbiyyatını mənə sevdirən, gənc yazarlara şans vermənin nə qədər vacib olduğunu göstərən həmin kitab Bunuda demək istəyirəm ki, mənə görə Azərbaycanda fantastik janrın kralı kimdir desələr Məhəmməd bəy deyərəm O qədər gözəl ideyalar var ki, oxuyanda özümü bir filmin içində hissedirəm. Bu kitab tamda kdrama dadındaydıHər obrazın yeri məndə bir ayrıdır Saeko məsələn onu başqa cür təsəvvür edirdim amma tamamilə başqa çıxdı. Bunu müsbət mənada deyirəm)) belə olması idealıydı ən sevdiyim 2 ci obrazdı deyə bilərəm ən sevdiyim obraz Xaos tanrısıdı))) kim deyib ki mənfi obrazlar sevilə bilməz? Oxuyarkən kaş onu daha çox oxuya bilsəydim dedim bunun xaricində Ha-Yun ən sevdiyim obrazlardanıydıonu oxuyanda tarixi bir kdramanın baş qəhramanı vibe aldım Kitabın sonluğuna onsuz qəlbimi buraxmışam Kanayenin etdiyi şey.... Oturub depresyona giriləsi bir səhnəydi Ah Kanayem..... (spoi verməmək üçün çırpınıram....) Tək iradım odur ki başlanğıcda hərşey çox tez irəliləyir. Birazda uzadıla bilərdi. Ancaq müəyyən yerdən sonra hərşey öz qaydasına düşür. Fantastik janr olsada çatdırılan sətir altı fikirlər o qədər gözəldi ki.... Bax mən buna yazarlıq deyərəm... Hansı janrda olursa olsun oxucuya birşey qata bilmək...Signor Bayramlı MəhəmmədSignor Bayramlı Məhəmməd qələminizə sağlıq əziz yazar! Hər insanın daxilində bir samuray yatır. Əsas odur ki, vaxtı çatanda onu üzə çıxarmağı bacarasan. Şərəf və ləyaqətlə yaşayın!! Əsl Samuray kimi.... Kitabla qalın....Salamat qalın...️
Fantastik
SamuraySignor Bayramlı Məhəmməd · Mücrü nəşriyyat · 20239 okunma
Puan vermedi
Signor Bayramlı Məhəmməd - “Samuray” Tam bir “çərəzlik”, aksiyon dolu, film dadında bir kitabdan danışmaq istəyirəm. Yenə təsadüfi barter nəticəsində əlimə keçdi və “kiçik həcmlidir, tez-bazar oxuyaram” deyib başladım, elə başladığım kimi də bitirdim. Yazıçı ilə ilk tanışlığım olsa da, deyə bilərəm ki, qələmi həqiqətən də maraqlıdır. Fantastik janrda oxuduğum kitablar arasında “Samuray” özünəməxsus yerini tutdu. Düzünü desəm, kitabın əvvəlləri bir az sıxıcı idi, nə baş verdiyini, mövzunun hara getdiyini tam anlaya bilmirdim. Amma bir neçə səhifədən sonra hekayə maraqlı bir sürət aldı. Yazıçı sujet xəttindən kənara çıxmır, oxucunu yormur və əsərdən uzaqlaşmır. Məni ən çox cəlb edən kitabın qurğusu oldu. Hadisələr, obrazların keçmişi və tarixi faktlar bir-birinə o qədər səliqəli bağlanıb ki, hər yeni səhnədə “həə, deməli bu buna görə imiş” deyirsən. Kitab detektiv bir axtarış və cinayətlə başlayıb, Yaponiya tarixinin müharibələrinə qədər uzanır. Lənətlənmiş bir samuray - Koneya, illər öncənin sirri və bu lənəti aradan qaldırmağa çalışan obrazların fədakarlığı və sevgi uğrunda nələrin qurban verilməsi - hər biri çox gözəl işlənib. Kitabın sonunda elə də böyük bir “vau, möhtəşəm” deyə bilmirsən. Amma gəl ki, gedişat o qədər sürətli və həyacanlıdır ki, “görəsən nə olacaq?” deyə-deyə səhifələri çevirirsən. Yazıçı oxucunu maraqda saxlamağı əla bacarıb. Əgər 2-3 saat ərzində bitirə biləcəyiniz, yüksək həyəcanlı və axıcı bir şey axtarırsınızsa, “Samuray”-ı tövsiyə edirəm, maraqlı idi. Bu qədər.. Uğurlar arzulayıram Signor Bayramlı MəhəmmədSignor Bayramlı Məhəmməd Digər kitablarda görüşmək ümidi ilə.. Hörmətlər...
1000Kitap
SamuraySignor Bayramlı Məhəmməd · Mücrü nəşriyyat · 20239 okunma