·216 syf.··Beğendi
···Okunma: 30 Ekim 2023 00:00 Əsər İkinci Dünya müharibəsi illərində qırmızı terrordan qaçaraq Türkiyəyə sığınan, lakin 1945-ci ildə Stalinin tələbi ilə CHP hökumətinin, daha dəqiq desək dövrün prezidenti İsmət İnönünün aldığı qərarla SSRİ-yə təhvil verdiyi 146 azərbaycanlı mühacirin məşəqqətli və nakam taleyinə həsr olunub. Roman tarixi faklar əsasında yazılıb.
Əsərin qəhrəmanları Azər və Araz adlı iki gənc azərbaycanlıdır. Onlar Boraltan faciəsinin real qəhrəmanları olan Ənvər Qazıyevin və Adəm Qardaşbəylinin prototipləridir.
Müəllif əsərdəki hadisələrin cərəyan etdiyi dövrdə Türkiyənin siyasi mənzərəsini tarixi faklara əsaslanmaqla oxucunun diqqətinə çatdırmışdır.
Əsərin qəhrəmanlarının Qazaxıstanın ucsuz-bucaqsız buzlu səhralarından Türkiyəyə doğru məşəqqətli yolçuluğu, daha sonra vətən deyib sığındığı ölkədə yaşadıqları çətinlikləri və siyasətin amansız üzü əsərdə tarixiliklə bədiiliyin vəhdəti fonunda öz əksini tapmışdır.