Gönderi

Qısa və qeyri-müəyyənliklərlə dolu bu həyatda elmin kədərə məlhəm olmadığı anlarda, insanları inancın verdiyi təsəllidən məhrum etmək daşürəklilik kimi görünür. Elmin yükünü daşıya bilməyənlər onun təlimatlarını nəzərə almamaqda azaddırlar. Ancaq biz elmi hissələrə ayırıb özümüzü əminlikdə hiss etdiyimiz sahələrə tətbiq edə, bizə sərf etməyən sahələrdə isə onu görməzdən gələ bilmərik, çünki biz o qədər ağıllı deyilik. Beyni ayrı-ayrı hermetik bölmələrə ayırmadan təyyarələrdə uçmaq, radioya qulaq asıb antibiotiklər qəbul etmək və Yerin 10 000 il yaşı olduğuna və Oxatan bürcündən olanların kübar və dostcanlı olduqlarına inanmaq necə mümkün ola bilər?
·
1 artı 1'leme
·
47 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.