Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
Heyvanıstan Corc Oruellin məcazi dildə yazılmış i siyasi satira romanıdır. Roman ilk dəfə 1945-ci ildə Böyük Britaniyada nəşr olunub. 1996-cı ildə keçmiş tarixlər üçün verilən 1946-cı il üçün Retro Hüqo Mükafatını aldı. Roman stalinizmi tənqid edir. Özünü hər cür totalitarizmə qarşı demokratik sosialist kimi qələmə verən Oruell bu romanında SSRİ-nin qurulmasından sonra əhalinin başına gələnlər qara yumorla təsvir etmişdir. Heyvanıstan adlı əsərdə əsasən kəndli elementləri yer alır. Bu əsərdə heyvanlar 1917-ci il rus kəndlilərini, fermanın sahibi cənab Cons isə boyarları təmsil edir. Kitabda totalitar rejimin yüksəlişinə, insanların necə manipulyasiya oluna biləcəyi kimi mövzulara toxunulur. Yazıçı həmçinin güclü olmağa can atan liderlərin manipulyasiya üsullarını qələmə alır. Bunların yanı sıra senzura ,təbliğat , əhalidə qorxu yaratmaq və qorxuda saxlamaq kimi totalitar rejimə xas xüsusiyyətləri görürük. İnsanların düşüncələri idarə olunur. Əsərdə bir fermanın heyvanlarının ferma sahibini devirib hakimiyyətə keçməsi nəql olunur. Qoca Rəis adlı donuzun yuxu görür. Yuxuda insanlarsız necə də xoşbəxt ola biləcəklərini gördüyünü danıçır və bir marşı oxumağa başlayır. Bu marş heyvanlar arasında coşkuya səbəb olur. Və beləliklə bir kütlənin hərəkətə keçməsi üçün ən önəmli addımlardan biri həyata keçmiş olur: təqdim olunan fikrə inam və coşku. Daha sonra Qoca Rəis öler , o öldükdən sonra fermanın idarəçilini heyvanlar fermerdən alır. Bir müddət necə ələ keçirəcəklərini müzakirə edirlər. Lakin pik hədd fermerin onları bir-neçə gün ac saxlaması və bəzilərinə qarşı zorakılıq etməsi olur. Və budur heyvanlar hiddətlənir və fermanın ifarəçiliyini ələ keçirir. Lakin hər şey gözlənilən qədər asan olmur.Heyvanlara görə olmayan alətlərlə çətinlik çəkirlər. Bu da öz növbəsində bir rejim devrildikdən sonra yeni rejim nümayəndələrinin əvvəlki strukturda qarşılaşdıqları problemləri əks etdirir. Nisbətən ağıllı olan heyvanlar haimiyyətə keçir. Əslində heyvanlar əvvəlkindən daha çox əziyyət çəkirlər lakin bu onlara xoş idi. Çünki artıq kiminsə tabeliyində deyildilər və yalnız özləri üşçün çalışırdılar. Bəs bu həqiqətəndə belə idimi? Təbiki xeyr, başda onlara hər birinin bərabər şərtlərlə az işləyib gözəl yaşayacaqları vədi verilmişdi. Onlara işin yüngül gəlməsinin əsas səbəbi bunu özləri üçün etdiklərinə inandırılmış olmaları idi. İnandırma çöx güclü alətdir və bundan istifadə olunmuşdu. Bir qədər sonra hakimiyyətdə olanlar arasında mübahisələr yaranır və biri digərini öldürür. Daha sonra baş verən hər bir mənfi hadisə onun boynuna atılır. Getdikcə qanunlar dəyişdirilir ,lakin Napoleon nitqləri və çıxışları olə coşqu yaradır , heyvanları özünə heyran saxlayırdı. Getdikcə qəddarlaşan Napaleon ən sonda artıq insanlarla eyni masada olur. Başlarda qarşı çıxdıqları tərəflərlə eyniləşir. əsərdə Squelar obrazını görürük . Hansıki Napaleon nə edirsə etsin, digər heyvanları hər şeyin onların yaxşılığı üçün olduğuna inandırır. Bu obraz iqtidar tərəfdarı olan medyanı təmsil edir. “ İKİ AYAQ PİS, DÖRD AYAQ YAXŞI SLOQANI “ MÖVCUD İDİ Kİ, HANSIKİ DAHA ÇOX QOYUNLAR TƏRƏFİNDƏN İSTİFADƏ OLUNURDU.Getdikcə bu hakimiyyətdəki qüvvələr tərəfindən dəyişdirilir. “dörd ayaq yaxşı , dörd ayaq daha yaxşı “ olaraq və bu formada yayılır. Təbiki bu sloqanın qoyunlar tərəfindən yayılması da təsadüfi deyildi. Müəllif bu hissədə kütlə / sürü psixologiyasının da xüsusiyyətlərinə göndərmə edir. Heyvan fermasında yaşayan heyvanlar arasında ən mühüm müəyyən edən meyar zəka və öyrənməyə açıqlıqdır kimi görünür .Bilikli və ağıllı menecer rolunu oynayan ağıllı donuzlar oxuyub yaza bilir.Onlar gündən-günə düşmən olduqları insanlara oxşayırlar. Ancaq digər heyvanlar özlərini oxuyub yazmağı öyrənməmiş, onlara deyilənlərə inanan, sorğu-sual etməyən inqilab üzvü kimi tapırlar. Bu vəziyyət heyvanların öz ağrılı sonlarına hazırlaşmağa səbəb oldu. Sual verməyən və deyilənləri rəhbər tuta bilən insanlar kütləsi formalaşıb. istismar edilmiş kimi təqdim edilənlərə düşmən münasibət bəsləyən, istismar edildiyinin fərqində olmayan, başqa sözlə, İnqilabı qəbul edə bilməyən bir topluma çevrilib. Demokratiya despotizmlə əvəz olunur. Demokratiya adıyla iqtidar özünün bütün istədiklərini bütün heyvanlar istəyirmiş kimi qəbul etdirib , həyata keçirirdi. Kitabın yazılmasında məqsədlər nə idi? Məqsədi daha bərabərlikçi bir cəmiyyət yaratmaqdır. Burada əsas məqsəd öz ideologiyalarına uyğun hökumət, xalqın fikrinə dəyər verən, xalqının mənafeyinə uyğun fəaliyyət göstərən demokratik təşkilat qurulması üçün toxunulan məsələlərə fərqindəlilik yaratmaqdır. Bu sayədə iqtidar əhalini istədiyi kimi yönləndirə və idarə edə bilməz. 23.04 06.11.23
Hayvan Çiftliği
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2020246bin okunma
·
106 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.