Gönderi

Vaqif Səmədoğlu
Sol əlimlə sağ əlimin Arasında duman, dağ, Hansı əlim qürbətdədir? Hansı ölü, hansı sağ? Sol əlimlə sağ əlimin Arasıyla çay axır Hansı əlim batır suda? Hansı sahildən baxır? Sol əlimlə sağ əlimin Arasında yağar qar Hansı əlim istidədir? Hansı çöllərdə donar? Sol əlimlə sağ əlimin Arasında qapı var, Hansı əlim döyər onu? Hansı görəsən açar?
Sayfa 13 - XanKitabı okudu
·
59 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.