Gönderi

528 syf.
8/10 puan verdi
·
25 günde okudu
"İliada" çoxdan oxumaq istədiyim, hətta deyərdim ki, mütaliəsini gecikdirdiyim kitablardan biri idi. Miflər hər zaman maraq dairəmdə olmuşdur. Kitabda baş verən müharibəni, adı çəkilən xalqları, tanrıları heç də müəllifin xəyal məhsulu saymıram. Əsəri oxuyub qurtardıqda sıxıntı bir duman oimi ürəyimi bürüdü. İnsanlar tanrıların kefləri və arzularına görə oynatdığı kukladan fərqsiz, ölümlü olduqları üçün xərclənməyə münasib görülən zavallılardan başqası deyildi. Maraqlıdır ki, bizim əslində onlardan daha şanslı olduğumuz məqam da elə bu idi; yaşadığımız ecazkar anların təkrarsız olması, fanilikdən doğan füsunkarlıq. Sonu olmayan həyatda bir yerdən sonra hər şey öz dadını, rəngini itirir. Çoxsaylı eşqlər isə aradakı nifaqı və təəssüfü gücləndirməkdən başqa bir işə yaramır. Belə bir dünyada yaşamaq müasir insan olaraq sadəcə dəhşətvericidir. Belə paradoksal bir sualla incələməmi bitirmək istəyirəm. Ya bu tanrı və tanrıçalar həqiqətən varlarsa və ya var olublarsa?
İliada
İliadaHomeros · Bakı, Öndər Nəşriyyatı · 20047,4bin okunma
·
1 artı 1'leme
·
35 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.