'Abaddon' Rövşən Abdullaoğlunun oxuduğum ilk kitabıdır. Mən bu kitabı indiyə kimi niyə oxumamışam bilmirəm, çox, çox sevərək oxuduğum bir kitab oldu və hər səhifəsində yeni şeylər öyrəndim. Qatilin tapılması gedişatı bir az yavaş irəliləsə də o müddətdə yazıçı oxuyucunu darıxmağa qoymur maraqlı dialoqları ilə insanın diqqətini cəlb edir. Yazarımızın qələmindən çox razı qaldığım üçün digər kitablarını da oxumağı planlayıram. :) Bu arada, kitab sonunda 'ardı var' cümləsi ilə sona çatır, belə başa düşürəm ki kitabın 2-ci hissəsi də olacaq. Kitabı oxumuş oxucular kitabla bağlı fikirlərini yorumlara yazsalar çox sevinərəm, çünki kitabla bağlı mənə maraqlı gələn bəzi suallar var. :)
Xoş Mütaliələr Hər Kəsə!