Gönderi

Dünən başıma gələn maraqsız bir hadisə:
Kitab mağazasında gəzirdim, gördüm ki, bir yoldaş maraqla baxır, axtarır, arada məni süzür. Dedim yaxınlaşım, bəlkə hayırlı bir connect olar. Dedim, salam, nə axtarırsınız? Dedi, maraqlıdır, görüm millət hansı kitablara maraq göstərir, kitab mağazası açmaq istəyirəm. Dedim, nə yaxşı, əla filan. Dedim, ən çox hansı tip kitabları bəyənirsiz, hansı tip yazarlara yer vermək istəyirsiniz? Dedi, bilmirəm, özüm çox kitab oxuyan deyiləm, sadəcə dedilər pul var, mən də bu yöndə gedim deyə qərar verdim. Elə oracıqda bu əziz yoldaşla sağollaşdım. Buradan bəlkə görər deyə, həmin adama da səslənirəm ki, pul gözü ilə kitab almaq, kitablar, yazarlıq haqqında məlumatınız olmadan belə bir absürd iş görmək, inanmıram ki, sizə bir uğur qazandırsın. İnstagramda kitab oxumağın gözəl olduğunu, gəlin alın deyə, story və postlarınızla yalnız özünüz kimi "oxucular"ı cəlb edə bilərsiniz. Kitab aldığım hər mağazanın işçisi ilə ən azı üç-dörd kitab haqqında müzakirə aparır, oxuduğu kitablar haqqında məsləhətlər alıram, bunun həzzi çox başqa olur. Apara bilməyəcəyim yerlərdən isə kitab almıram. :d
·
5 plus 1
·
345 views
Qəmər_ okurunun profil resmi
Uğurlu kitab məsləhətçiləri və.s ilə birgə çalışsa çox da uğurlu olar) CVləri düzgün dəyərləndirib düzgün insanları seçim etsə uğurlu olar fikrimcə.
Sizin H okurunun profil resmi
Təki uğurlu olsun, nə xoş amma edəcəyini sanmıram. Ən azından məsələyə daha isti və usta yanaşma gərəkdir.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.