Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

852 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 günde okudu
Ehh, Dostoyevski, sən nə etmisən belə?! Bu əsərə kitab deyiriksə, digərləri nədir bəs, İlahiii. Yaxşı, yaxşı, giriş çox emosional oldu deyəsən :). Kitabımız Fyodor Dostoyevskinin ən iri həcmli əsəri, həmçinin, mənim də bu günə qədər oxuduğum ən uzun kitab idi. Ancaq buna baxmayaraq, sıxıldığım çox az yerlər oldu. Ümumilikdə, həqiqətən də, çox axıcı kitabdır. Əsərdə hadisələr çox, lap çox şaxələnir və bir bölmədə obrazlarımız min cür əhvalat yaşayır, daima yeni insanlarla tanış olurlar. Həmin an bütün bu obraz və hadisələrin nə kimi bir əlaqəsi olduğunu anlamasaq da, oxuduqca bu gözəgörünməz iplər həll olur və sonda başa düşürsən ki, həqiqətən də çox şedevr kitabdır. Əsəri sadəcə Karamazov ailəsinin həyatı kimi anlamaq kitaba çox böyük haqsızlıq olardı və Dostoyevski girdabına düşmüş oxucular heç inanmıram ki, buna məhz elə sadə roman kimi də baxsınlar. Dostoyevski sanki bu əsərdə özü ilə ziddiyyətlər içində idi. Məsələn, bir bölmədə obrazımızın (hansı obraz olduğunu demək istəmirəm, spoiler olmasın) iblislə din müzakirəsi, din tənqidləri - Hətta İsanın özünü belə (Baxmayaraq ki Dostoyevski özü tam xristian idi), digər bölmədə isə dinin bəşəriyyət üstündə olan önəmi, müqəddəslərin tərifi və s. hamısı əsəri çox möhtəşəm bir şeyə çevirir. Yazıçımız bu əsərdə özünü hadisələri kənardan izləyib danışan biri kimi təsvir edir və bu baxımdan adam kitabı oxuduqca Dostoyevskinin də onunla danışdığını, yanında olduğunu hiss edir. Məsələn bir əhvalat haqqında məlumat verməzdən əvvəl sözə məhz bu cür başladığı anlar da olur: "Mən həkim deyiləm, ancaq hiss edirəm ki, İvan Fyodoroviçin xəstəliyi barədə oxuyucuya mütləq nəsə izah etməyin vaxt çatıb" ; (Çox əla tərzdir, hə? :)) Və ya: "Siz indicə xanım Svetlova ilə çox yaxından tanış olduğunuzu dediniz.(NB: Qruşenkanın soyadının Svetlova olduğunu mən yalnız həmin gün ... ilk dəfə eşitdim) NƏƏƏƏ? Elə bil kitabı yazan özü deyil, bir başqasıdır. Mötərizə içində ayrıca fikir bildirir, sanki hadisələri elə oxucularla bir yerdə özü də ilk dəfə yaşayır. Əsərimizin sayısız-hesabsız ziddiyyətli obrazları, incə detallı əhvalatları və daha vurğulamadığım bir çox yönü ilə, həqiqətən də, çox möhtəşəm və hər bir bölməsi üzərinə dərindən düşünməyə vadar edən bir romandır. Sonda isə kitabı oxuyacaq olanlara bir neçə dostcasına tövsiyələr :) : 1. Əsərdə obrazlar həqiqətən çoxdur və artıq rus ədəbiyyatına aşinasınızsa, hər obrazın birdən çox ləqəbi, adının qısaltması və s. olduğunu bilirsiniz. Buna görə obrazların adını bir kənara qeyd etməkdə fayda var. 2. Əsərə sadəcə əhvalat təhkiyəsi kimi baxmaq tam düz olmazdı, lap əgər bu yöndən baxsanız, kitab sizi sonda hərtərəfli məmnun etməmə ehtimalı olacaq. Daha dərin, fəlsəfi, psixoloji təhlillə yanaşsanız, əsərdən artıqlaması ilə zövq alacağınıza əminəm. 3. Əgər sizə rahatdırsa, türk dilində tərcümədən oxuyun. Həqiqətən də düşünürəm ki, klassik əsərləri ana dilimizə tərcümədə çox böyük çətinliklər yaşayırıq və sanki əsərin o emosionallığını, hadisələrin oxuyucuya ötürülməsi cəhətdən tərcüməmiz bir az uğursuz alınmışdı. 4. Məncə bu kitab müxtəlif yaşlar və müxtəlif həyat təcrübələrindən asılı olaraq sadəcə 1 dəfə yox, bir neçə dəfə oxunmalı bir kitabdır. Hal hazırda 20li yaşların əvvələrində bu kitabı oxuyub təhlil etməyimlə, bir az yaşa dolduqdan sonra yenidən əsərlə ikinci dəfə tanışlıqdan əlavə çox şeylər öyrənəcəyimdən əminəm. Ona görə də, əsərə başlamaq istəyib, Dostoyevski qələmindən baş açmayacağınızdan qorxursunuzsa, və ya sırf səhifə sayı çox uzundur deyə başlamırsınızsa, çox şey itirirsiniz. Etməyin, eyləməyin, dostlar. Dostoyevski şedevrdir. Oxuyun, oxutdurun. :) Belə, dəyərli oxuyucular, təhlil burada yekunlaşır. Və bura qədər oxudunuzsa da, ayrıca təşəkkürlər. Ümid edirəm vaxtınızı ayırıb oxumağınıza dəydi. Hamıya bol kitablı günlər arzulayıraaaam. :)
Karamazov Qardaşları
Karamazov QardaşlarıFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201434,5bin okunma
·
3 artı 1'leme
·
610 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.