Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

210 syf.
10/10 puan verdi
·
Beğendi
·
17 günde okudu
Oxuyunca dəfələrlə öləcəyiniz bir yaşanmışlıq hekayəsi...
Kefsiz, üzgün olduğum günlərin birində iki kitab qarşıma qoymuşdum - "Yaşamaq" və "İnsanlığımı yitirirken". Biraz enerji verər deyə "Yaşamaq" adlı kitabı seçmişdim. Taa başından son nöqtəsinə qədər bu mövzuda yanıldığımı dəfələrlə üzümə vuruldu. Yaşamaq adı altında yaşanmamış bir ömürdən, həyatdan bəhs edir. Daha necə yaşamamaq olar? Ümid edirəm bu sualın cavabını öz "Yaşamaq" adlı kitabımızın səhifələrində tapmarıq. Fuguinin həyatına üzülməmək mümkün deyil. Son dəfə nə vaxt kitab oxuyarkən dərin üzüntü keçirdiyimi, göz yaşına boğulduğumu xatırlamıram. Bəlkə məndə uşaqlığımdan bəzi səhnələri xatırlatdığı üçün idi... O cür həyat keçirən Fuguinin belə yaşamaq üçün bəhanələri varkən .. Həyat, yaşamaq nə qədər çətin və üzüntülü olursa olsun, bunun üçün mübarizə aparmalı olduğumuxu xatırladır bizə kitab. Oxuyacaq olan şəxslərə xoş mütaliələr diləyir, mənfiyə fokuslanmamağınızı tövsiyə edirəm. Hər yaşanmamış bir həyatdan əldə ediləcək bir təcrübə vardır.
Yaşamak
YaşamakYu Hua · Jaguar Kitap · 201633,6bin okunma
·
1 artı 1'leme
·
199 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.