Puan vermedi·130 syf.····Okunma: 12 Kasım 2023 07:00 İnsan xoşbəxt olmaq bacarığını itirəndə ilk ətrafından qaçar.Sonra özündən qaçar, daha doğrusu qaçdığını zənn edər.
Kitabda da həyatından , özündən qaçdığını zənn edən iki nəfərin təsadüfi tanışlığını oxuyuruq.
Qızımız "Roz" , oğlumuz "bay F" ......
.
Hər kəsin yaşadığı hekayə öz zehnində fırlanar. Tək tamaşaçısı isə özü olar.
.
Həyatları kəsişən bu iki gənc tədricən bir birinə cəzb olunur. Ancaq bu cəzbə mane olan yenə öz davranışları olur. Daha doğrusu zehnindəki qarışıqlıq---- Yaşadıqlari ya da yaşayamadıqları.
.
.
Sevilmək hissindən uzaq olan Bay F, sadəcə qəlbimi dinləyəcəm deyən Roz, hə bir də bu iki gəncin çadır quraq deyə məskən saldıqarı ərazinin sahibi Hakan "əmi"......
.
Hakan əmi ilə də dil tapan gənclər bu istirahəti bir yerdə edərlər. Və Hakan əminin həyat hekayəsinə qulaq asarlar. Jurnalist olan qızımız isə bu həyat hekayəsinə daha diqqətlə yanaşar. Çünki fikri bu hekayəni yazıb çap etməkdir.
.
Bir yerdə qaldığı müddətdə gənclər bir şeyi daha yaxşı başa düşər.....Artıq eşq qapıda dayanmışdır.
.
Bəs bu sevgi hansı yerdə qalacaq? Qovuşacaqlarmı, Hər kəsə özünü fərqli adla tanıtan "Roz" bu sevginin adını qoya biləcəkmi? Fenomenliyə yeni addım atmış Bay F necə????? Bu "yükü" necə daşıyacaq ???
.
.
Kitab sadə şəkildə yazılmışdı. Yazıçının ilk kitabıdır. Yəqin bu seriyanın ikincisi də olacaq deyə düşünürəm. Rozun müsahibəsinin yarım qaldığını düşündüyü kimi mən də kitabın yarım qaldığını düşünürəm.....
.
Xoş mütaliələr.....
.
.