Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

64 syf.
·
Puan vermedi
— Siz məni sevmirsiniz? —
Tolstoy xatirələrinin qəribə tarixi var. Bu əsəri təşkil edən qeydlər hər iki yazıçının Krımda olub tez-tez görüşdüyü dövrdə, M.Gorki tərəfindən müxtəlif kağız parçalarına səliqəsiz şəkildə yazılmış, itmiş, neçə illər sonra isə tapılmışdır. Müəllif L.N.Tolstoyu yüksək qiymətləndirir və şifahi söhbətlərinin yazılmasını lazım bilir, gündəlik danışığından qeydlər aparır. Ümumiyyətlə Qorkinin həyata realist, döyüşkən, biraz da romantik baxış bucağından çıxan, şahidi olduğu hadisələri işləyən əsərlər mənə çox uğurlu görünür. Bundan əvvəl onun A.P.Çexov haqqındakı xatirələrini oxumuşdum və məncə Çexov haqqında dostyana, mehriban fikirləri olan müəllif Tolstoya daha başqa cür, birmənalı olmayan şəkildə yanaşır. Onu rus həyatının ən usta qələmi, ən dünyagörmüş, ağsaqqal yazıçısı saysa da, bir yandan da obyektiv şəkildə tənqid edir. Ən çox da Tolstoyun öz ideyalarının təsirini artırmaq üçün əzabkeş həyat sürmək, bununla başqalarına da öz fikrini təlqin etmək cəhdləri. Bir də onun qadınlara qarşı cılız münasibəti. - mənə görə isə Tolstoyun Dostayevskiyə olan qərəzli fikirləri də yersizdir. Qorkinin həqiqi hadisələri öz düşüncələrinin güzgüsündən əks etdirməsi, onun real situasiyalar qarşısındakı fikirlərini öyrənmək mənim zövqümcədir.(p.s. 1961 ci il çapında H.Şərif tərcüməsində oxuduğum kitab mənim leksikonumu Aztv dublyajına çevirmişdir, Ə.Məmmədxanlının Qorki tərcümələri daha axıcıdır). Bu mahir yazıçı düşüncə tərzi, həyata və insanlara yalın baxışıyla özünəməxsus şəkildə fərqlənir və artıq həyatda bəzi anlarda Bukowski kimi fikirləşirəm: - "Görəsən Maksim Qorki belə bir vəziyyətdə neyləyərdi?"
Tolstoy'dan Anılar
Tolstoy'dan AnılarMaksim Gorki · Yapı Kredi Yayınları · 2018811 okunma
·
1.137 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.