Gönderi

Mənə elə nişan ver ki, tapa bilim nişanəni...
Hər varlığın üzərində həlak, ölüm damğası var, Ölməz, vacib bircə sənsən - kainatı yaradandır. Mənə elə nişan ver ki, tapa bilim nişanəni, Yox, yanıldım, keç suçumdan, Xaliq axı binişandır. Sənə səcdəm sayəsində çarpır, hələ sağdı qəlbim, Bu səadət ucbatından varam, varlıq cavidandır. Mən çarmıxa çəkilmişəm öz əlimlə öz cismimdə, Xilaskarım əgər varsa, tək özünsən, tək Yǝzdandır. Ulu həzrət, mənə barı bircə kərə yetir diqqət, Dərd ümmanı ürəyim də görsün bir yol şadimandır. Nizaminin səhvi olsa, heyrətlənmə, əfv et özün, Kimsə qaçıb qurtulamaz, tale özü hökmrandır. İlk nəfəsin sevincini mənə özün bəxş etmisən, Son nəfəsdə üstümdə ol, ölməyimə haqq qazandır.
Sayfa 118 - MücrüKitabı okudu
·
100 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.