Gönderi

Yanaram
Səndən iraq, ey sənəm, şamü səhər yanaram, Vəslini arzularam, dəxi betər yanaram. Eşq ilə şövqün odu canıma kar eylədi, Gör necə tabında, ey şəmsü qəmər yanaram. Məndən iraq olduğun bağrımı qan eylədi, Oldu gözümdən rəvan xuni-cigər, yanaram. Müddəi yana demiş qəmdə, Nəsimi içün, Qəmdə yanan yarı çün yar sevər, yanaram.
İmadəddin Nəsimi
İmadəddin Nəsimi
·
2,545 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.