Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

108 syf.
·
Puan vermedi
·
Beğendi
·
4 saatte okudu
Sartr bu mühazirəsində ekzistensializm və humanizm anlamlarını dəyərləndirməklə yanaşı bəzi yanlış təsəvvürlər haqqında da məlumat verir. Məsələn ekzistensializm bəzilərinə pessimist görünə bilər. Çoxları bunun kədər, həyatın mənasızlığı və narahatlıqla əlaqələndiyini düşünür. Sartr bununla razılaşmır. Ekzistensializm nikbindir, çünki o bizə bir növ öz taleyimizi verir. Ekzistensializm deyir ki, biz əvvəlcədən müəyyən edilmiş bir tale ilə yaşamırıq. Öz seçimlərimizi və özümüzü seçirik. Bu da bizim əslində nə qədər çox gücə malik olduğumuzu göstərir. Təsəvvür edə biləcəyimizdən də çox. İnsan azad olmağa məhkumdur. Niyə məhkumdur? Çünki baxmayaraq ki, insan özü özünü yaratmadı, lakin etdiyi hər seçimdən məsuliyət daşıyır. Sartr ekzistensializmin subyektivliyi barədə isə deyir ki, özümüz üçün seçim edərkən əslində bütün insanlar üçün seçim edirik. Bu da özlüyündə böyük məsuliyyət daşıyır. Tək subyektiv olaraq özümüz üçün deyil də, hamı üçün məsuliyyət daşıyırıq. Sartr "varlıq mahiyətdən öncə gəlir" deyə bir fikir irəli sürür. Məsələn çəkic düzəldən biri çəkicin nə işə yaradığını, yəni mahiyyətini önə alaraq onu düzəldir. Amma Sartrın da ateist olduğunu nəzərə alsaq, bir yaradıcı olmadığına görə mahiyyətsiz yaranmışıq. Varlığın mahiyyətdən əvvəl olduğunu deməklə  nəzərdə tutduğu şey odur ki, insan ilk növbədə var olur, özü ilə qarşılaşır, dünyada yüksəlir və sonra özünü müəyyən edir.
Existentialism is a Humanism
Existentialism is a HumanismJean-Paul Sartre · Yale University Press · 20077 okunma
·
13 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.