Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

128 syf.
8/10 puan verdi
Əsərə başlayanda qəhrəmanlardan birinin Laçından olduğunu qeyd etməsi məndə belə təəssürat yaratdı ki, birazdan Qarabağ müharibəsi haqqında oxuyacam. Hadisələrin gedişatı isə məni yanıltdı, qəhrəmanımız - Əşrəf İkinci Dünya müharibəsinə yola düşmək üçün sovet cərgələrində orduya qoşulub və əsirlikdən qurtulduqdan sonra İsveçrədə qalmağı seçib. Əşrəfin keçdiyi həyat yolunu təsvir edərkən müəllifin heç məlumatı olmayacaq oxucuya fondakı tarix haqqında maraqlı məlumatları ötürməsi və bunu sıxıcı olmayan üslubda çatdırması oxuduqca zövq verdi. Əşrəfin Azərbaycana bir daha qayıtmaq istəməməsinə səbəb isə Gilədir, faciəyə qurban gedən körpə bacısı. Yaşanan faciənin bütün yükünü üstündə hiss etməsi, müharibəyə yola düşmədən öncə ananın qarğışı və gözqırpımında yaşanan bədbəxtlik Əşrəfin ömürboyu özünü günahlandırmasına səbəb olub. Fikrimcə, hekayəni oxucuya bağlayan əsas nüans tipik Azərbaycan ailəsinə xas xüsusiyyətlərin səmimi şəkildə, ifrata varılmadan oxucuya çatdırılmasıdır, oxuduqca sənin ailəndən olmasa belə o cür insanları çevrədə görmək çətin birşey deyil. “Gilə” müəllifdən oxuduğum ilk kitabdır, səhv xatırlamıramsa kiminsə müsahibəsində eşidib oxumaq istədiyim kitabların siyahısına əlavə etmişdim, yaxşıki də etmişəm. Üslubunu çox bəyəndim. Hesab edirəm ki, müasir ədəbiyyatımızın ən yaxşı hekayələrindən biridir. Müəllifin digər əsərlərini də oxumağı düşünürəm.
Gilə
GiləƏli Əkbər · Qanun Nəşriyyatı · 202040 okunma
·
135 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.