Tahmini Okuma Süresi:
3 sa. 38 dk.
Sayfa Sayısı:
128
Basım Tarihi:
2020
İlk Yayın Tarihi:
2015
Yayınevi:
Qanun Nəşriyyatı
ISBN:
2001270884633
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

Puan vermedi·128 syf.··
2024 6. kitabı
Kitabı bir neçə dəfə sosial şəbəkələrdə görsəm də qismət bu zamana imiş deyib aldım. Kitabın real həyat hekayəsindən götürülməsi isə daha çox marağıma səbəb oldu. Az səhifəli və sadə, anlaşıqlı dildə yazıldığı üçün tez bitirdim. Mövzusu, qatarda təsadüfən qarşı-qarşıya oturmuş iki yad insan.. Bu şəxslərdən biri, Əşrəf adlı yaşlı bir kişi qarşısında oturan gənc insanı, Əlini o qədər özünə doğma hiss edir ki, saatlarla ona öz keçmişindən, öz həyat hekayəsindən bəhs edir. Əşrəf adlı yaşlı kişi uzun zamandır ki öz veteninə qayıtmır, uzun zamandır ki öz yaxınlarını görmür və görməyə də cəhd etməyib bəs buna səbəb nə olub? Onu öz vətənindən, valideynlərindən uzaq salan səbəb nədir? Bunlar kitabın sonlarına doğru bəlli olur. Kaş ki sonluq belə bitməzdi dediyim kitablardan biri oldu.
GiləƏli Əkbər · Qanun Nəşriyyatı · 202060 okunma
8/10
·128 syf.··
2023 47. kitabı
Əsərə başlayanda qəhrəmanlardan birinin Laçından olduğunu qeyd etməsi məndə belə təəssürat yaratdı ki, birazdan Qarabağ müharibəsi haqqında oxuyacam. Hadisələrin gedişatı isə məni yanıltdı, qəhrəmanımız - Əşrəf İkinci Dünya müharibəsinə yola düşmək üçün sovet cərgələrində orduya qoşulub və əsirlikdən qurtulduqdan sonra İsveçrədə qalmağı seçib. Əşrəfin keçdiyi həyat yolunu təsvir edərkən müəllifin heç məlumatı olmayacaq oxucuya fondakı tarix haqqında maraqlı məlumatları ötürməsi və bunu sıxıcı olmayan üslubda çatdırması oxuduqca zövq verdi. Əşrəfin Azərbaycana bir daha qayıtmaq istəməməsinə səbəb isə Gilədir, faciəyə qurban gedən körpə bacısı. Yaşanan faciənin bütün yükünü üstündə hiss etməsi, müharibəyə yola düşmədən öncə ananın qarğışı və gözqırpımında yaşanan bədbəxtlik Əşrəfin ömürboyu özünü günahlandırmasına səbəb olub. Fikrimcə, hekayəni oxucuya bağlayan əsas nüans tipik Azərbaycan ailəsinə xas xüsusiyyətlərin səmimi şəkildə, ifrata varılmadan oxucuya çatdırılmasıdır, oxuduqca sənin ailəndən olmasa belə o cür insanları çevrədə görmək çətin birşey deyil. “Gilə” müəllifdən oxuduğum ilk kitabdır, səhv xatırlamıramsa kiminsə müsahibəsində eşidib oxumaq istədiyim kitabların siyahısına əlavə etmişdim, yaxşıki də etmişəm. Üslubunu çox bəyəndim. Hesab edirəm ki, müasir ədəbiyyatımızın ən yaxşı hekayələrindən biridir. Müəllifin digər əsərlərini də oxumağı düşünürəm.
GiləƏli Əkbər · Qanun Nəşriyyatı · 202060 okunma
Gilə
Puan vermedi·128 syf.··
2025 119. kitabı
·
5 günde okudu
·
Okunma: 23 Temmuz 2025 17:27
Vətən həsrəti ilə 85 il yaşayan Əşrəfin öz üreyindəki dərdi Əliyə danışdıqdan 3 gün sonra ölmesi, çox təsirli idi. İnsan bəzən öz dilini bilen birini axtarır dərdləşmək üçün, bəzən də ağlamaq üçün...
1000Kitap
GiləƏli Əkbər · Qanun Nəşriyyatı · 202060 okunma
10/10
·128 syf.··
2023 1. kitabı
Uzun hekayə janrında yazılan Gilə povesti yaşanmış hadisələr əsasında qələmə alınmış İkinci Dünya Müharibəsinə yollanan bir azərbaycanlı əsgərin əsirlik və mühacirət həyatından bəhs edir. Əsəri oxuya- oxuya içimdə ancaq ümid etdim.Kaş Əşrəf dayı ömrünün son günlərində dünyadan küskün getmiyəydi, kaş yazıçı ona kömək edə bilərdi…. Son məni məyus etdi.. Spoiler: Əslən Laçından olan Əşrəf dayı müharibədə Almanlara əsir düşmüş, yüzlərlə konslager dəyişmiş və sonunda, müharibə bitəndə İsveçrəyə gəlmişdir.Orada evlənmiş və qalan həyatını orda yaşamışdır. Vətənini incik tərk etmiş, ömrünün sonuna qədər vicdan əzabından yaşaya bilməmiş Əşrəf dayı müharibə bitəndən sonra Vətənə qayıtmamış…Anasının etdiyi qarğışı onu ömrünün sonun qədər rahat buraxmamışdı.. Körpə yaşında itkin düşmüş bacısı Gilənin taleyinə görə ömrünün sonuna qədər özünü günahlandıran Əşrəf dayı heç vaxt vətəndən xəbər almamış, 3 qardaşı, ata və anası haqda soraqlamamışdır…. Yalnız qalmış..yalnızlığa tərk edilmişdir.. Ürək ağrıdan bir həyat hekayəsidir. Kaş ki, gecikməyəydi həyat..Kaş ki, qovuşardılar illərlə qəribçilik çəkənlər…Kaş ki, mümkün olaydı.. Povestdə kaş dediyim yerlər çox oldu.. Yazıçı Əli Əkbər kitabını bütün didərgin və tamarzı qalanlara həsr edib..Elindən, obasından, vətənindən, yaxınlarından didərgin düşüb onlara tamarzı qalan hər kəsə.. Əşrəf dayı timsalında bütün əsirlikdən, mühacirətdən qayıtmayan… övladına, ailəsinə , vətəninə qovuşa bilməyən hər kəsə ithaf elədim mən də.. P.S. Əsərin sonunu öz xəyalımda dəyişib Əşrəf dayının külünü ( öz arzusu ilə basdırılmayıb, yandırılıb, kremasiya edilib) yox özünü Laçınla qovuşdurdum… Ruhun dinclik tapsın Əşrəf dayı Laçın artıq bizim torpağımızdır..Biz onu qaytardıq. Sənin ruhun azadlıqdadır..Rahat elinə- obana gedə bilərsən. Xoş mütaliələr hər
İnsan ve Duygular
GiləƏli Əkbər · Qanun Nəşriyyatı · 202060 okunma
Reklam