Emiqrant

Əli Əkbər
Tahmini Okuma Süresi:
12 sa. 1 dk.
Sayfa Sayısı:
424
Basım Tarihi:
2019
Yayınevi:
Qanun Nəşriyyatı
ISBN:
2001283634638
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Türler:

Yorumlar ve İncelemeler

10/10
·424 syf.··
Beğendi
·
2023 8. kitabı
·
44 günde okudu
·
Okunma: 23 Mart 2023 22:19
“Emiqrant” roman epopeyadır. Avşarların üç nəslinin hekayəsi ilə tanış oluruq və onların həyatının fonunda 1938-ci ilin Bakısından Pəhləvi İranına, Xiyabani hərəkatına, Pişəvəri dönəminə, müasir Bakıya və Kopenhagenə, oradan 1950-ci illər Bakısına və müasir İrana, dövrümüzün cürbəcür aktual siyasi problemlərinin içinə düşürük. Azərbaycanın təzadlarına, absurd normalara Kənanın, Merlenin gözü ilə baxırıq. Kitabı çox bəyəndim. Niyə reklamı yoxdur bu kitabın ? Niyə bol-bol təriflərlə satılmır. ? Rüstəm Avşarın ağır, dözümlü, əzmli həyatını oxudum. İnadına Bakı sevgisinə heyran qaldım. Bir şeyi özümə bir daha təsdiqlədim. İnsan bir şeyi həm çox istəməlidir həm də onun həyata keçməsi üçün əziyyət çəkməlidir. Bir şeyi ürəkdən istəyəndə olurmuş. Əsrin əvvəllərində ailəsi İrandan Bakıya gələn, burada doğulan, 1930-cu illərin repressiyasından Cənuba qayıtmağa məcbur olan və maddi yüksəlişinə baxmayaraq, uzun illər sonra hər şeyindən keçərək Şimala gizli yolla qayıdan Rüstəmin Bakı sevgisi heyrət doğrurur: Ən üstün sevgi..Bakı sevgisi kimi. Qovuşmaq kimi. İnadına , nəyin bahasına olursa olsun Bakıya geri dönmək istəyən Rüstəmin əzminə heyran qalmamaq mümkün deyil. İnsan həyata neçə dəfə sil başdan başlayarmış?İnsan yorulmazmış? Kitabı oxuya -oxuya öz-özümə sual verdim. İnsanın vətəni haradır?Soyu-kökü? Doğulub-böyüdüyü yer? Rahatlıq tapdığı məkan? Ailəsinin ,ata-anasının olduğu yer? Yaxud ölümünə arzuladığı şəhər? Hansıdır? Danimarkada insanın vətəni rahatlığı və huzurudur. Məncə Vətən səni bir yerə bağlayan köklərindir. Olmaq istədiyin yer.Arzuladığın və özünü orda tapdığın məkan!! Vətən insanın sevgisidir..Vicdanıdır.Rahatlığıdır..O ya var ya yoxdur.Vətəni sevmək sonradan qazanılan bir şey deyil. O sənə ötürülən bir duyğudur. Rüstəmə atasından ötürülən bir sevgi
Tarih
EmiqrantƏli Əkbər · Qanun Nəşriyyatı · 201911 okunma
Reklam