Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Əli Əkbər

Əli ƏkbərGilə yazarı
Yazar
9.4/10
8 Kişi
48
Okunma
5
Beğeni
877
Görüntülenme

Hakkında

Unvan:
Gazeteci, Yazar, Tercüman
Doğum:
Bakü, Azerbaycan, 28 Ocak 1978

Okurlar

5 okur beğendi.
48 okur okudu.
8 okur okuyacak.
1 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
o gün gəlib...
Mən bilmirəm o gün gələndə mən həyatda olacam, yoxsa yox, amma Laçına gedə bildiyiniz gün, mənim xahişimi unutmayın.
Əli oğlum, mən təsadüflərə inanmıram. Allaha, onun hikmətinə və möcüzələri inanıram.
Reklam
Elə bil dil bilmək məni ölümdən xilas edəcəkdi
Gözlərimin içinə baxa-baxa çayını udumlayırdı. Baxışlarından birtəhər oldum, sanki "bu həyat məni o qədər incidib ki, sən istəsən də bundan artıq incidə bilməzsən" demək istəyirdi.
Nə biləydim ki, eşitdiklərim, eşidəcəklərimin yanında toya getməlidir? Nə biləydim ki, bugünkü təsadüfi tanışlığımız həyata baxışımı, insanlara və özümə münasibətimi dəyişəcək? Hələlik, bunların heç birini bilmirdim.
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
128 syf.
8/10 puan verdi
Əsərə başlayanda qəhrəmanlardan birinin Laçından olduğunu qeyd etməsi məndə belə təəssürat yaratdı ki, birazdan Qarabağ müharibəsi haqqında oxuyacam. Hadisələrin gedişatı isə məni yanıltdı, qəhrəmanımız - Əşrəf İkinci Dünya müharibəsinə yola düşmək üçün sovet cərgələrində orduya qoşulub və əsirlikdən qurtulduqdan sonra İsveçrədə qalmağı seçib. Əşrəfin keçdiyi həyat yolunu təsvir edərkən müəllifin heç məlumatı olmayacaq oxucuya fondakı tarix haqqında maraqlı məlumatları ötürməsi və bunu sıxıcı olmayan üslubda çatdırması oxuduqca zövq verdi. Əşrəfin Azərbaycana bir daha qayıtmaq istəməməsinə səbəb isə Gilədir, faciəyə qurban gedən körpə bacısı. Yaşanan faciənin bütün yükünü üstündə hiss etməsi, müharibəyə yola düşmədən öncə ananın qarğışı və gözqırpımında yaşanan bədbəxtlik Əşrəfin ömürboyu özünü günahlandırmasına səbəb olub. Fikrimcə, hekayəni oxucuya bağlayan əsas nüans tipik Azərbaycan ailəsinə xas xüsusiyyətlərin səmimi şəkildə, ifrata varılmadan oxucuya çatdırılmasıdır, oxuduqca sənin ailəndən olmasa belə o cür insanları çevrədə görmək çətin birşey deyil. “Gilə” müəllifdən oxuduğum ilk kitabdır, səhv xatırlamıramsa kiminsə müsahibəsində eşidib oxumaq istədiyim kitabların siyahısına əlavə etmişdim, yaxşıki də etmişəm. Üslubunu çox bəyəndim. Hesab edirəm ki, müasir ədəbiyyatımızın ən yaxşı hekayələrindən biridir. Müəllifin digər əsərlərini də oxumağı düşünürəm.
Gilə
GiləƏli Əkbər · Qanun Nəşriyyatı · 202038 okunma
128 syf.
10/10 puan verdi
Uzun hekayə janrında yazılan Gilə povesti yaşanmış hadisələr əsasında qələmə alınmış İkinci Dünya Müharibəsinə yollanan bir azərbaycanlı əsgərin əsirlik və mühacirət həyatından bəhs edir. Əsəri oxuya- oxuya içimdə ancaq ümid etdim.Kaş Əşrəf dayı ömrünün son günlərində dünyadan küskün getmiyəydi, kaş yazıçı ona kömək edə bilərdi…. Son məni məyus
Gilə
GiləƏli Əkbər · Qanun Nəşriyyatı · 202038 okunma
424 syf.
10/10 puan verdi
·
Beğendi
·
44 günde okudu
“Emiqrant” roman epopeyadır. Avşarların üç nəslinin hekayəsi ilə tanış oluruq və onların həyatının fonunda 1938-ci ilin Bakısından Pəhləvi İranına, Xiyabani hərəkatına, Pişəvəri dönəminə, müasir Bakıya və Kopenhagenə, oradan 1950-ci illər Bakısına və müasir İrana, dövrümüzün cürbəcür aktual siyasi problemlərinin içinə düşürük. Azərbaycanın
Emiqrant
EmiqrantƏli Əkbər · Qanun Nəşriyyatı · 20199 okunma