Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

128 syf.
10/10 puan verdi
Uzun hekayə janrında yazılan Gilə povesti yaşanmış hadisələr əsasında qələmə alınmış İkinci Dünya Müharibəsinə yollanan bir azərbaycanlı əsgərin əsirlik və mühacirət həyatından bəhs edir. Əsəri oxuya- oxuya içimdə ancaq ümid etdim.Kaş Əşrəf dayı ömrünün son günlərində dünyadan küskün getmiyəydi, kaş yazıçı ona kömək edə bilərdi…. Son məni məyus etdi.. Spoiler: Əslən Laçından olan Əşrəf dayı müharibədə Almanlara əsir düşmüş, yüzlərlə konslager dəyişmiş və sonunda, müharibə bitəndə İsveçrəyə gəlmişdir.Orada evlənmiş və qalan həyatını orda yaşamışdır. Vətənini incik tərk etmiş, ömrünün sonuna qədər vicdan əzabından yaşaya bilməmiş Əşrəf dayı müharibə bitəndən sonra Vətənə qayıtmamış…Anasının etdiyi qarğışı onu ömrünün sonun qədər rahat buraxmamışdı.. Körpə yaşında itkin düşmüş bacısı Gilənin taleyinə görə ömrünün sonuna qədər özünü günahlandıran Əşrəf dayı heç vaxt vətəndən xəbər almamış, 3 qardaşı, ata və anası haqda soraqlamamışdır…. Yalnız qalmış..yalnızlığa tərk edilmişdir.. Ürək ağrıdan bir həyat hekayəsidir. Kaş ki, gecikməyəydi həyat..Kaş ki, qovuşardılar illərlə qəribçilik çəkənlər…Kaş ki, mümkün olaydı.. Povestdə kaş dediyim yerlər çox oldu.. Yazıçı Əli Əkbər kitabını bütün didərgin və tamarzı qalanlara həsr edib..Elindən, obasından, vətənindən, yaxınlarından didərgin düşüb onlara tamarzı qalan hər kəsə.. Əşrəf dayı timsalında bütün əsirlikdən, mühacirətdən qayıtmayan… övladına, ailəsinə , vətəninə qovuşa bilməyən hər kəsə ithaf elədim mən də.. P.S. Əsərin sonunu öz xəyalımda dəyişib Əşrəf dayının külünü ( öz arzusu ilə basdırılmayıb, yandırılıb, kremasiya edilib) yox özünü Laçınla qovuşdurdum… Ruhun dinclik tapsın Əşrəf dayı Laçın artıq bizim torpağımızdır..Biz onu qaytardıq. Sənin ruhun azadlıqdadır..Rahat elinə- obana gedə bilərsən. Xoş mütaliələr hər kəsə. Oxuyun , tövsiyə edirəm mən də
Gilə
GiləƏli Əkbər · Qanun Nəşriyyatı · 202040 okunma
·
31 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.