Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
Kitab haqqın da yaza biləcəyim o qədər söz var ki,bəlkədə yazsam bura sığmaz. Fransada Dartanyan adlı gənc Qaskondakı ailəsini tərk edir və Parisə səyahət edərək, Qvardiyanın muşketyorlarına qoşulur. Bu hadisə 1625-ci ilə-Kral XIII Lüdovikin hökmranlıq etdiyi dövrə təsadüf edir. Dartanyan kral muşketyorlarının komandanı cənab de Trevilin hüzuruna atasının ona verdiyi zəmanət məktubu ilə təşrif buyurur. Dartanyanın üç dueldən sonra muşketyorların ənənəvi düşməni olan kardinal de Rişelyenin mühafizə dəstəsi ilə Atos, Portos və Aramisin iştirak etdiyi döyüş nəticəsində adları çəkilən bu dörd personaj dostlaşır. Portosun əsl adı dü Valondur, Atos kimi təqdim olunan qraf de la Fer fırıldaqçı bir qadınla kəbin nəticəsində müflisləşmişdir, Aramis isə mistik meylli qadınlara göstərdiyi meyllə ziddiyyət təşkil edən de Erble şevalyesidir. Muşketyorların dəstəsinə qəbul edildikdən sonra, Dartanyan təsadüfən nə vaxtsa Atosun həyat yoldaşı olmuş, hazırda isə kardinalın hiyləgər agenti miledi de Vinterin qurbanına çevrilir. Bu ötəri hiss olur, lakin Dartanyan əsl məhəbbət hissi də yaşayır: o kraliça Avstriyalı Annanın sadiq qulluqçusu Konstans Bonasyeyə aşıq olur. Kraliça kralın ona hədiyyə etdiyi 12 brilyant qaşlı bəzək əşyasını aşnası qraf de Bekinhemə bağışlamışdır. Kraliçanı məhv etmək istəyən Rişelye kralın beyninə salır ki, arvadı sarayda təşkil olunan növbəti balda o bəzək əşyalarını taxmalıdır. Dörd qəhrəman İngiltərəyə üz tutmalı olur və bir çox çətinliklərlə üzləşir, ancaq yenədə tapşırığı yerinə yetirib kraliçanı xilas etməyə müvəffəq olurlar. Düma 637 səhifəlik kitabda sevgi, dostluq,xəyanət,intriqa,yalan,intihar,müharibə,şər və onlarla başqa duyğuları o qədər gözəl birləşdirib ki.Bir sözlə möhtəşəmdirrrr...
Üç Silahşor
Üç SilahşorAlexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 20218,8bin okunma
·
18 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.