Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

180 syf.
9/10 puan verdi
·
Beğendi
Dilşad Talıbovanın "Eşqin adı Sənsən" romanını oxudum. Əsəri dünən səhər oxumağa başladım və günün sonunda bitirdim. Beyin üçün əladır. Yorulanlar, duyğulu kitab oxumaq istəyənlər, romantiklər oxusun deyərdim. Yazarın qələmini bəyənirəm. Demək olar ki, bütün əsərlərini oxumuşam. Əsərdə Səhranın çılğınlığı, Nəsiminin bu çılğınlığa aşiqliyi və bir o qədər də xarakterinin səssizliyi , eşq haqqında hər şey, sevgidən tutmuş ehtirasa kimi təsvir olunub. Eşq dilsizdir...izaholunmazdır..Sonsuzdur və təmizdir.. Sevgi yolu məşəqqətli və ağırdır. Eşq varsa orda əzab var, qovuşmamaq var, həsrət var..Eşq varsa inamsızlıq və qısqanclıq var. İnsan bəzən empati qura bilmir və önyarqı imkan vermir normal düşünə. Sevgi varsa orada heç nə olmasa da dinləmə olmalıdır.İnsan bəzən qarşısındakı insana söz haqqı verməlidir.Taleyin oynadığı oyuna alət olmasın deyə söz haqqı olmalıdır.Yoxsa nə kişi nə qadın ancaq eşq uduzur, məğlub olur. İnsan bəzən məğlub və ya qalib yox ancaq xoşbəxt olmaq istəyir. Nə olursa olsun insan gec qalmamalıdır məğlub olsa belə gec qalmaqdan yaxşıdır.. Eşqin adı Sənsən!!! Eşq sənsən.Eşq hiss etdiklərin və hiss edə bilmədiklərindir… *** Kədərli idi, nəbzi ağır-ağır vurur, amma hey danışırdı. Mən din-mədən onu bəzən coşqun, bəzənsə zərif nəvazişlə bağrıma basırdım. Nələr danışırdı, nədən danışırdı?! Ömrümə zərrələr kimi səpələnib dağılmış adam unudulmaqdan danışırdı. Ondan qopa bilməyəcəyimi anlamırdımı? Bilmirdimi onu həyatımdan yığıb-yığışdırmaq mümkün deyil? Başa düşmürdümü üzərim-dəki hakimiyyətini? Anlamırdımı nağıllardakı divin canı bir şüşə qəfəsdə olan kimi, mənim də varlığım onun bu xırda bədənində canlıdır? Yəni doğrudanmı ayrılıq gələcək? Doğrudanmı hər kəsi eyni aqi-bət gözləyir? Əlbəttə, hər xoşbəxtliyin öz faciəsi var. Bir şey ki təbiətin hökmüdür, kim özünü ondan qoruya bilər?! Ölüm necə sorğu-sualsız qəbul olunursa, biz də ayrılığa eləcə tabe olmalıyıq. Taleyin cızdığı yollar fərqli olsa da, qaydalar dəyişmir, ömür-lər təkrarlanır və hər kəsi eyni aqibət gözləyir… Yox, məndə belə deyil, belə olmayacaq! Mənə görə, insanlar bir-birinin həyatın-dan elə də asanlıqla çıxıb itə bilməz. Mənə görə, kimsə kiminsə qəlbinə bir yol tapıb girdisə, elə orada da qalacaq…
Eşqin Adı Sənsən
Eşqin Adı SənsənDilşad Talıbova · Bakı, Teas Press Nəşriyyatı · 202325 okunma
·
181 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.