Gönderi

- Yoxsa bu vaxta qədər heç sizin ağlınıza gəlmirdi ki, bu zavallı oyunbazın da bir parça əyri-üyrü ağac kötüyünə oxşayan bədəninə zorla yerləşdirilmiş, ona köləlik etməyə məcbur olan, mübarizə edən canlı insan qəlbi var? Siz ki hər şeyə belə həssassınız, sizin ki belə gülünc, zınqırovlu paltar geydirilmiş bu bədənə yazığınız gəlir, bəs necə olur ki, onun zavallı qəlbini yaddan çıxarırsınız, - elə bir qəlb ki, onun müdafiəsiz qalan çılpaqlığını gizlətmək üçün heç təlxəklik bəzək-düzəyi də yoxdur! Bir düşünün: onun bu çılpaq qəlbi soyuqdan üşüyür, hamının gözü qabağında utanıb xəcalət çəkir, tamaşaçıların istehzası onu bir qamçı kimi parçalayır, onların gülüşü, odda qızarmış dəmir kimi onu yandırır! Bir düşünün: o, aciz-aciz ətrafındakı dağlara, daşlara baxır, bu dağlar nə üçün yerindan qopub onun üstünə tökülmür, onu bu əzab verən insanların əlindən xilas etmir, bu daşların nə üçün yazığı gəlmir, niyə uçub onu öz altında basdırmır! O, siçovullara da həsəd edir: çünki siçovulların yer altında yuvası var, qaçıb orada gizlənə bilərlər! Bunu da unutmayın ki, qəlbin axı dili yoxdur, səsi yoxur, o çığıra bilmir. O gərək səbr etsin, səbr etsin, səbr etsin... Mən boş-boş şeylər danışıram... Siz niyə gülmürsünüz? Məzəli söhbətlər sizə təsir etmirmi?
Sayfa 188 - RivaresKitabı okudu
·
245 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.